1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Sığorta bazarının peşəkar iştirakçılarının reyestrinin aparılması Qaydası”na dair açıqlama
21.10.2024

Azərbaycan Respublikasının Mərkəzi Bankı sığorta sektorunun inkişaf strategiyasının icrasını qarşıya qoyulmuş hədəflərə uyğun davam etdirir. Strateji prioritetlərdən biri də sığorta qanunvericiliyinin qabaqcıl beynəlxalq təcrübələrə və günün tələblərinə uyğunlaşdırılmasıdır. Bu çərçivədə son dövrlərdə bir sıra qanunvericilik aktlarında sığorta xidmətləri istehlakçılarının müdafiəsinin gücləndirilməsinə xidmət edən dəyişikliklər həyata keçirilib.

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa 2023-cü il 6 iyul tarixində edilmiş dəyişikliklərə əsasən sığorta xidmətlərinin göstərilməsi zamanı sığortalılara qarşı ədalətli rəftarın təmin edilməsində müstəqil ekspertlərin rolunun gücləndirilməsi məqsədilə onlara dair yeni tələblər gətirilib, həmçinin müstəqil ekspertlərlə bağlı təhsil və təcrübə, digər peşəkar tələblərə və imtahanların keçirilməsinə dair qayda təsdiq edilib.

Sığorta sektorunun maliyyə dayanıqlığının daha da gücləndirilməsi üçün sığortaçıların təkrarsığorta siyasətlərinə, təkrarsığorta əməliyyatlarına dair yeni tənzimləyici çərçivə yaradılıb. Yeni tələblər daha effektiv və etibarlı təkrarsığorta əməliyyatlarının aparılmasını təmin edir.

Bununla əlaqədar sığorta bazarının peşəkar iştirakçılarının reyestrinin aparılması qaydalarının qeyd olunan qanunvericilik dəyişikliklərinə, habelə günün tələblərinə uyğunlaşdırılması zəruri olub. Qanunvericiliyə əsasən Mərkəzi Bank sığortaçıların, sığorta vasitəçilərinin, o cümlədən xarici sığorta brokerlərinin, onların Azərbaycan Respublikasındakı nümayəndəliklərinin, aktuarilərin, habelə sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərin və müstəqil ekspertlərin reyestrini aparır. Reyestrin aparılması qaydaları Mərkəzi Bank tərəfindən müəyyən edilir.

Bununla əlaqədar olaraq, “Sığorta bazarının peşəkar iştirakçılarının reyestrinin aparılması Qaydası”na edilən dəyişikliklərə əsasən müstəqil ekspertlərin müəyyən edilmiş sahələr üzrə reyestrə daxil edilməsi ilə bağlı tələb olunan sənədlərin siyahısı əlavə edilib, digər subyektlərə münasibətdə isə həmin sənədlərin siyahısı təkmilləşdirilib. Həmçinin müstəqil ekspertlərin reyestrdən çıxarılma əsasları da Qaydaya əlavə edilib. 

Bununla yanaşı, reyestrə daxil edilmə prosedurunun effektiv formada təşkil edilməsi məqsədilə sığorta bazarının peşəkar iştirakçıları tərəfindən Mərkəzi Banka təqdim olunan sənədlərin sənədlərə baxılma müddətləri, reyestrə daxil etməkdən imtina əsasları, müvafiq subyektlərin Mərkəzi Bankın qərarlarından şikayət vermək hüququ və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn digər tələblər əlavə edilib. Həmçinin Mərkəzi Bank tərəfindən cədvəl formatında aparılan reyestr məlumatlarının tərkibi genişləndirilib və cədvəllər yenilənib.

“Sığorta bazarının peşəkar iştirakçılarının reyestrinin aparılması Qaydası”nı aşağıdakı link üzərindən nəzərdən keçirmək mümkündür:

“Sığorta bazarının peşəkar iştirakçılarının reyestrinin aparılması Qaydası”

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment