1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Fond birjası


Bakı Fond Birjası BMT-nin “29 İqlim müzakirələri: COP29-a gedən yol” təşəbbüsü çərçivəsində “Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Foru
18.10.2024

Bakı Fond Birjası BMT-nin “29 İqlim müzakirələri: COP29-a gedən yol” təşəbbüsü çərçivəsində “Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumu”-nda iştirak etmişdir.

18 oktyabr 2024-cü il  tarixində Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası, Azərbaycan Fintex Assosiasiyası, Azərbaycan Mikro Maliyyə Assosiasiyası və Azərbaycan Sığortaçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilmiş "29 İqlim söhbəti: COP29-a gedən yol" təşəbbüsü çərçivəsində "Yaşıl maliyyə və dayanıqlılıq forum"unda  Bakı Fond Birjası sponsor qismində çıxış edib. Bu forumda hökumət, maliyyə institutları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətinin nümayəndələri bir araya gələrək, iqlim dəyişikliyi ilə mübarizədə və davamlı iqtisadi inkişafın təşviqində yaşıl maliyyənin vacibliyini, investisiya strategiyaları və dayanıqlı inkişaf məqsədləri istiqamətində atılacaq addımları müzakirə etmişdirlər.

Açılış nitqində Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov, dayanıqlı iqtisadiyyatın formalaşmasında yaşıl maliyyənin mühüm rolundan danışıb. O, çıxışında bildirmişdir ki, strateji təşəbbüslərimiz, ölkə iqtisadiyyatının dayanıqlılığını artırmağa, yaşıl investisiyaların cəlb edilməsini stimullaşdırmağa və maliyyə institutlarının davamlı təcrübələri dəstəkləməyə hazır olmasını təmin etməyə yönəlib.

COP29-un müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxışında dayanıqlı iqtisadiyyata keçiddə maliyyə sektorunun rolunun vacibliyini diqqətə çatdırıb.

Daha sonra forumda ölkəmizdə fəaliyyət göstərən maliyyə assosiasiyalarının rəhbərləri çıxış edərək yaşıl maliyyənin təşviqi üzrə öz baxış və strategiyalarını diqqətə çatdırıblar.

Bu konfrans, yaşıl maliyyə strategiyalarının tətbiqi və dayanıqlı inkişafın təşviqi sahəsində əməkdaşlığın güclənməsinə yönəlmiş müzakirələri təşviq etdi. İştirakçılar, ekoloji tarazlığın təmin edilməsi və iqlim dəyişikliyi ilə mübarizə məqsədilə yeni maliyyə alətləri və metodlarının inkişafına dair ideyalarını bölüşdülər. Bu, Azərbaycanın yaşıl iqtisadiyyata keçidinin vacib bir mərhələsidir.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment