|
|
|
Fond birjası | | | "UniBank KB” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir |
16.10.2024 | |
| |
16 oktyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "UniBank KB” ASC-nin ümumi buraxılış həcmi 20,000,000 (iyirmi milyon) manat olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi 22 oktyabr 2024-cü il tarixində Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
|
"UniBank KB” ASC
|
Dövlət qeydiyyat nömrəsi – İSİN
|
AZ2016002027
|
İstiqrazın növü və forması
|
İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
|
Ticarət üsulu / forması
|
Kütləvi / Birqiymətli
|
İstiqrazın sayı
|
200,000 (ədəd)
|
İlkin ticarət qiyməti
|
100 manat
|
İstiqrazın buraxılış həcmi
|
20,000,000 manat
|
İllik gəlirlilik faizi
|
11.5%
|
Ödəmə Periodu
|
ildə günlərin sayı 360 ( üç yüz altmış) və bir ayda günlərin sayı 30 gün olaraq götürməklə hər 90 (doxsan) gündən bir ödənilir
|
Tədavül müddəti
|
36 ay
|
Ticarətə buraxılma tarixi
|
22.10.2024
|
Anderrayter
|
“Unicapital İ.Ş” ASC
|
|
|
|
|