1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Biznes mühiti ilə bağlı sahibkarların və maraqlı tərəflərin məlumatlılıq səviyyəsinin artırılması müzakirə olunub
16.10.2024

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyi,müvafiq işçi qrupların rəhbərləri və səlahiyyətli şəxslərin iştirakı ilə “Bakı KOB evi”ndə genişləndirilmiş iclas keçirilib. 

İclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Energetika Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Gömrük Komitəsi və digər dövlət qurumlarının nümayəndələri iştirak edib. 

Tədbirin əsas mövzuları Dünya Bankı Qrupunun yeni nəşr olunan “Business Ready 2024” hesabatının metodologiyası və göstəricilərinin müzakirəsi, bu sahədə ölkəmizdə tətbiq olunan iqtisadi islahatların geniş kommunikasiyası və təbliğatı üzrə qarşıda duran prioritetlərin müəyyən edilməsidir. 

İclasda qeyd olunub ki, Dünya Bankı Qrupu 2024-cü il 3 oktyabr tarixində “Business Ready 2024” hesabatını yayımlayıb. Hesabata əsasən 50 ölkənin biznes mühiti üzrə performans göstəriciləri müxtəlif alt-indikatorlar əsasında 5 kateqoriya üzrə geniş qiymətləndirilib. Dünya Bankı Qrupundan verilən məlumata əsasən, Azərbaycanın da daxil olacağı və növbəti ilin sentyabrında yayımlanacaq “Business Ready 2025” hesabatının tərtibi üzrə hazırlıqlara (respondentlərin müəyyən edilməsi, sorğuların cavablandırılması və s.) artıq başlanılıb. 

Tədbirdə çıxış edənlər yeni “Business Ready 2024” hesabatının metodologiyası və göstəricilərinin spesifik xüsusiyyətləri barədə məlumat veriblər. Qeyd olunub ki, Dünya Bankı Qrupu tərəfindən 2022-ci ildən anonsu verilən “Business Ready” layihəsi ilə bağlı aparılan işlər diqqətlə izlənib, paralel olaraq Komissiya çərçivəsində aidiyyəti dövlət qurumları tərəfindən hazırlıq işləri (diaqnostika, məlumatlandırma, yeni islahat təşəbbüslərin irəli sürülməsi və s.) davam etdirilib.

Genişləndirilmiş iclasda bildirilib ki,yeni hesabatın mövzularının spesifik xüsusiyyətlərindən irəli gələrək intensiv şəkildə hədəf qrupları (aparıcı konsaltinq və hüquq şirkətləri, sahibkarlar, ekspertlər və s.) ilə kommunikasiya və maarifləndirmə tədbirlərinin həyata keçirilməsimühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, dövlət xidmətləri, o cümlədən elektron və rəqəmsal xidmətlər barədə sahibkarların və maraqlı tərəflərin məlumatlılıq səviyyəsinin artırılması və məlumatlara əlçatanlıq imkanlarının daha da genişləndirilməsi qarşıda duran əsas prioritetlərdəndir.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment