“Qarabağ KOB-ları 2024” proqramı üzrə ilkin təlimlər başa çatıb
Layihə 70 şəhid ailəsi, müharibə iştirakçıları və onların ailə üzvlərini əhatə edir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, “İnkişaf Korporasiyası” QSC və Milli Təhsil Texnologiya Mərkəzinin birgə tərəfdaşlığı, “PAŞA Holdinq”in maliyyə dəstəyi ilə icra olunan “Qarabağ KOB-ları 2024” proqramının ilkin mərhələsi başa çatıb.
Şəhid ailələri, müharibə iştirakçıları və onların ailə üzvlərinin sosial rifahının yaxşılaşdırılması və məşğulluğunun təmin olunmasına dəstək göstərilməsi məqsədilə icra olunan layihəyə ümumilikdə 70 vətəndaş cəlb edilib. Onlar üçün Bakı, Gəncə, Bərdə, Goranboy, Laçın və Füzulidə KOBİA tərəfindən nəzəri və praktiki təlimlər təşkil edilib. Təlimlər əsasən marketinq, maliyyənin idarə olunması, biznes planın hazırlanması, satış, sosial media marketinq, insan resurslarının idarə olunması kimi mövzuları əhatə edib.
Növbəti mərhələdə layihə iştirakçılarının özünüməşğulluq proqramı çərçivəsində Dövlət Məşğulluq Agentliyi tərəfindən peşə təlimlərinə cəlb edilməsi və avadanlıqlarla təmin edilməsi nəzərdə tutulur.