1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Fond birjası


Bakı Fond Birjası “INMerge” İnnovasiya Sammitində iştirak edib
11.10.2024

Bakı Fond Birjası 10 oktyabr 2024-cü il tarixində regionun ən böyük innovasiya sammiti olan “INMerge” İnnovasiya Sammitində iştirak edib. 

Bakı Fond Birjasının İdarə heyətinin sədri Ruslan Xəlilov “Məlumat əsaslı idarəetmə: Qərar qəbuletmə prosesinin gələcəyi” mövzusuna həsr edilən paneldəçıxış edib. Panel müzakirələrində spiker qismində Ruslan Xəlilovla yanaşı 4SİM şirkətinin İcraçı direktoru Fariz Cəfərov, “Vision Innovation” şirkətinin həmtəsisçisi və rəhbəri Ahmad Yousif, “Google” şirkətində Qafqaz və Mərkəzi Asiya üzrə Dövlət Əlaqələri və İctimai Siyasət bölməsinin rəhbəri Olqa Skoroxodova və moderator qismində “CAPTA Strategies Africa” şirkətinin regional rəhbəri Thayendran Naidoo iştirak edib. 

Çıxış zamanı Ruslan Xəlilov data əsaslı strategiyaların idarəetmə sahəsində necə dəyişikliklər yaratması,  şirkət daxilində daha təsirli qərar qəbul proseslərini necə təmin etməsi və kapital bazarı üçün məlumatların əlçatanlığı və şəffaflığının əhəmiyyətindən danışdı. “Bütün investorlar və ya istifadəçilər üçün təqdim edilən məlumat  ən başa düşülən formada olmalıdır. Bakı Fond Birjasında biz yuxarıda qeyd olunanları nəzərə alaraq texnologiya və məlumat infrastrukturunu inkişaf etdirməyi hədəfləyirik. Bundan əlavə, məlumatların mövcudluğunu təkcə ticarət platforması vasitəsilə deyil, həmçinin, banklar və investisiya şirkətlərinin məlumat sistemlərinə tam inteqrasiya yolu ilə də yaymaq xüsusi əhəmiyyət kəsb edir” – deyə Ruslan Xəlilov bildirib.

Regionun ən böyük innovasiya sammitinin məqsədi innovasiya ekosisteminin inkişafına töhfə vermək,müxtəlif sektorların öncül liderlərini bir araya gətirərək texnologiya, innovasiya və idarəetmə sahəsindəki ən son inkişafları və trendləri müzakirə etmək, startap və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment