1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


"Xınalıq UNESCO-da 1 il" mövzusunda mediatur təşkil edilib
10.10.2024

Oktyabrın 9-da Dövlət Turizm Agentliyi media nümayəndələri üçün “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğuna mediatur təşkil edib. 

“Xınalıq UNESCO-da 1 il" mövzusuna həsr edilmiş turda 40-dan çox KİV təmsilçisi iştirak edib. 

Mediaturda Xınalıq və Köç yolu mədəni landşaftının Ümumdünya irsi elan olunduqdan sonrakı bir il ərzində görülən işlər barədə məlumat verilib. 

Qeyd olunub ki, artıq "Xınalıq və Köç Yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunda strukturlaşdırma işləri tamamlanıb. Həmçinin, UNESCO Dünya İrs Komitəsinin qaydaları əsasında bərpa-konservasiya sahəsinə dair vacib sənədlər hazırlanıb, qoruq ilə bağlı məlumat bazasının yaradılması üzrə işlərə başlanılıb. 

Mediatur zamanı Xınalığın əsas mədəni irs dəyər atributlarını özündə daşıyan memarlıq elementlərinin qorunması və konservasiyası istiqamətində DTA tərəfindən görülən işlər, o cümlədən kənd ərazisində aparılan təmir və bərpa işləri ilə bağlı da məlumat verilib. 

Kəndin memarlığının özündə daşıdığı tarixi dəyərləri qorumaq məqsədilə 2020-ci ildən etibarən Xınalıq kəndində qəzalı vəziyyətdə olan 60 evin bərpası üçün layihələndirmə işlərinin aparıldığı, 41 evin isə tamamilə təmir-bərpa olunaraq əhalinin istifadəsinə verildiyi bildirilib. 

Növbəti iki ildə daha 19 evin təmir-bərpası planlaşdırılır. 

Xınalıq kəndindəki evlər əsasən iki mərtəbədən ibarət olduğu üçün, ümumilikdə ev üzrə təmir bərpa olunan sahə kifayət qədər genişdir və 18 min kv. metrdən çox ərazini əhatə etdiyi vurğulanıb. 

İşlərin aparılmasında əsas çətinliyin Xınalıq kəndinin dağlıq relyefə və sərt iqlimə malik olması, buradakı hava şəraitinin ilin yalnız 5 ayında (may-sentyabr) tikintinin aparılmasına imkan verməsi ilə bağlı olduğu da qeyd edilib. 

Jurnalistlərə o da bildirilib ki, mövcud mürəkkəb relyef və çətin hava şəraiti ilə yanaşı, öncədən planlaşdırılan iş həcminin sonradan artması da inşa işlərinin uzanmasına və daha çox maliyyə vəsaitinin xərclənməsinə səbəb olur. 

Belə ki, Xınalıq kənd sakinlərinin çoxsaylı müraciətləri əsasında onların daha rahat şəraitin yaradılması məqsədilə, öncədən layihədə nəzərdə tutulmayan tikililərin -  təndirxanalar, sanitar qovşaqları, heyvanların saxlanması üçün tövlələr və s. da inşası da sonradan işlərə əlavə edilib ki, bunlar da yekunda xərclərin ciddi artımına yol açıb. 

Dünya İrs Komitəsinin tövsiyələri əsasında Xınalıq memarlığının atributlarını qorumaq məqsədilə bərpa-təmir işlərində yüksək qiymətli xüsusi tikinti materiallarından istifadə olunması da xərclərə təsir edən amillərdən biridir. 

Media nümayəndələrinə bildirilib ki, Xınalıq kəndində təmir-bərpa üzrə genişmiqyaslı işlərin aparılması, DTA tərəfindən həyata keçirilən digər layihələr əhalinin rifah halına və məşğulluğunun artmasına səbəb olub. Belə ki, bir neçə il ərzində kənd əhalisinin demək olar 90 faizi müəyyən fasilələrlə işə cəlb olunub. 

Bundan əlavə, Xınalığın UNESCO dünya irsi elan olunması yerli və xarici turistlərin kəndə diqqətini artırıb və bu baxımdan yeni turizm məhsullarının yaradılması kənd əhalisi arasında özünüməşğulluğun inkişaf etməsinə səbəb olub. DTA tərəfindən “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya qoruğu ərazisində kempinq, haykinq kimi  turizm məhsullarının yaradılması istiqamətində də işlər aparılıb. 

Xatırladaq ki, Dövlət Turizm Agentliyinin tabeliyində  “Xınalıq və Köç yolu" Dövlət Tarix Mədəniyyət və Etnoqrafiya Qoruğu 2023-cü il sentyabrın 4-də Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə yaradılıb. Bundan bir müddət sonra 2023-cü il sentyabrın 18-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında “Xınalıq və Köç yolu mədəni landşaftı”nın UNESCO-nun Ümumdünya irs siyahısında daxil edilməsinə dair qərar qəbul edilib. Xınalıq xalqının köçəri yaşayış tərzi, unikal dili, Qafqaz dağlarında məskun salmış qədim memarlıq ənənələri və Xınalıq icmasının mürəkkəb təbii şəraitə uyğun şəkildə yaşayış qaydaları bu ərazinin müstəsna ümumbəşəri dəyərlərini əks etdirir.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment