1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Qırmızı Ürəklər Fondu hər kəsə sahibsiz heyvanlara dəstək olmaq imkanı yaradır
09.10.2024

Qırmızı Ürəklər Fondu öz missiyasına sadiq qalaraq sahibsiz heyvanların müdafiəsi istiqamətində layihə həyata keçirib və hər kəsi bu kimi təşəbbüslərdə iştirak etməyə dəvət edib. Belə ki, Fond hər il 4 oktyabr tarixində dünya miqyasında qeyd olunan Heyvanları Mühafizə Günü münasibətilə “Pəncəli Ürəklər” layihəsini həyata keçirib. Küçə heyvanlarının həyat şəraitini yaxşılaşdırmaq və insanlarda onlara qarşı mərhəmət hissini oyatmaq məqsədi daşıyan layihə “Bravo” supermarketlər şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində icra edilib. Belə ki, şəbəkənin bir neçə filialının qarşısında sahibsiz heyvanlar üçün su və yem qabları yerləşdirilib. 

Bu təşəbbüs sayəsində hər bir vətəndaş su və yem qablarını dolduraraq küçə heyvanlarının gündəlik qida təlabatlarını ödəyə, onlara dəstək ola bilər. Bunla da Fond hər kəsə pəncəli dostlarımızın daha yaxşı bir həyat yaşamasına töhfə vermək imkanı yaradır. 

Qırmızı Ürəklər Fondu hər kəsi bu vacib aksiyada fəal iştirak etməyə, sahibsiz heyvanlara qarşı qayğı göstərməyə dəvət edir. Unutmaq olmaz ki,  heyvanlar bizə ehtiyac duyan sadiq dostlarımızdır və onların rifahını təmin etmək daha yaxşı bir gələcək üçün hamımızın üzərinə düşən məsuliyyətdir.

Layihəyə qoşulmaq imkanı bununla yekunlaşmır. Daha çox heyvana kömək etmək istəyənlərBirbank mobil tətbiqi vasitəsilə “Pəncəli Ürəklər” layihəsinə ianə edə bilər. Toplanan vəsaitlər sahibsiz heyvanların qida, müalicə və digər ehtiyaclarının qarşılanması üçün istifadə edilir.

İanə üçün: https://t.ly/7Aqrg

Qeyd edək ki, “RedHearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin  həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “RedHearts”- ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.

 


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment