1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Avropa İttifaqı ikinci “Avropa Təamları” Kulinariya Festivalını təşkil edir
04.10.2024

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Aİ-na Üzv Dövlətlərin Səfirlikləri ilə birgə cari ilin 6 oktyabr 2024-cü il tarixində Aquatic Palace, Avropa Oyunlar Parkında ikinci “Avropa Təamları” Kulinariya Festivalını keçirəcəkdir. Açıq havada keçiriləcək bu tədbirin məqsədi Avropa mətbəxini Azərbaycan ictimaiyyətinə nümayiş etdirməkdir. 

Avropa mətbəxi haqqında daha çox öyrənmək, kulinariya ustad dərsləri və kulinariya müsabiqələrində iştirak etmək istəyən hər kəsi 6 oktyabr 2024-cü il tarixində saat 12:30-dan 19:00-dək Aquatic Palace, Avropa Oyunlar Parkında (Su İdman Kompleksinin arxası) “Avropa Təamları” Kulinariya Festivalına dəvət edirik. Belçika, Çexiya, Fransa, Almaniya, Yunanıstan, Litva, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, İspaniya və İsveçin səfirlikləri qonaqları öz ölkələrinin mətbəxi ilə tanış edəcəklər. 

Aİ Nümayəndəliyi tərəfindən dayanıqlı qida istehlakını təşviq edən stend təqdim ediləcəkdir. Gənc aşpaz Yaqub Zeynalzadə yerli mövsümi məhsullardan istifadə etməklə bitki mənşəli yeməklərin hazırlanması üzrə ustad dərsi keçəcək. O, həmçinin bio və eko-məhsulların ətraf mühit və sağlamlıq üçün faydalarından danışacaq.   

"Biz Avropa kulinariya ənənələrini azərbaycanlı dostlarımıza nümayiş etdirməkdən məmnunuq. Hər kəsi bizə qoşulmağa və Avropa ölkələrinin unudulmaz kulinariya təamlarından, canlı musiqi proqramından və daha çox şeylərdən həzz almağa dəvət edirik”  - deyə Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko bildirdi.

Tədbir zamanı viktorinaların qalibləri digər mükafatlarla yanaşı, Aİ Nümayəndəliyi tərəfindən nəşr edilmiş və Aİ-nin 27 üzv ölkəsindən Azərbaycan dilinə tərcümə edilmiş ənənəvi reseptlər toplusundan ibarət “Avropanın təamları” kitabını da əldə edə biləcəklər. Kitabı həmçinin Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi veb səhifəsindən elektron formada əldə etmək mümkündür. 

Tədbirdə həmçinin tədbirdən əvvəl “Azeri Home Chef” Facebook səhifəsi tərəfindən təşkil olunan Avropa yeməklərinin kulinariya müsabiqəsinin və rəsm müsabiqəsinin mükafatlandırma mərasimləri keçiriləcək. Burada həmçinin müsabiqə iştirakçılarının hazırladıqları yeməklər də təqdim olunacaq. Festival Azərbaycan və Avropa dillərində çıxış edən yerli musiqiçilərin konserti ilə müşayiət olunacaq.

Avropa təamlarından zövq almaq üçün bizə qoşulun!


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment