1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Neft və qaz


SOCAR, bp və “Azərbaycan İnvestisiya Şirkəti” ASC arasında səhmdarlar sazişi imzalanıb
03.10.2024

2 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf, bp-nin günəş və quruda külək enerjisi üzrə vitse-prezidenti Noelia Alvarez Marivela və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Ülvi Mansurov arasında görüş keçirilib.

Görüşdə SOCAR ilə bp arasında uzun illərdir davam edən qarşılıqlı səmərəli əlaqələrdən məmnunluq ifadə edilib. Bu xüsusda, Cəbrayıl rayonunda icra olunacaq “Şəfəq” layihəsində birgə iştirakın uğurlu əməkdaşlığın genişləndirilməsinin bariz göstəricisi olduğu qeyd edilib. “Şəfəq” layihəsinin Azərbaycanın bərpaolunan enerji potensialının inkişafında mühüm rol oynamaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində görülən genişmiqyaslı işlərə mühüm töhfə verəcəyinə inam ifadə olunub.

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində SOCAR, bp və “Azərbaycan İnvestisiya Şirkəti” ASC arasında səhmdarlar sazişi imzalanıb.

Cəbrayıl rayonunda 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisini nəzərdə tutan “Şəfəq” layihəsi üzrə imzalanan sənədə əsasən, “Şəfəq (Cəbrayıl) Solar Limited” (SJSL) SOCAR-ın və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin də daxil olması ilə birgə müəssisəyə çevrilir.

“Şəfəq” layihəsi çərçivəsində “Virtual Enerjinin Ötürmə Mexanizmi” adlanan yeni kommersiya modelindən ilk dəfə istifadə olunacaq ki, bu da günəş enerjisi istehsalına və əldə olunan enerjinin “AzərEnerji” ASC vasitəsilə milli elektrik şəbəkəsinə ötürülməsinə imkan verəcək.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment