1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycanda kiçik və orta bizneslərin rəqəmsallaşması proqramı fəaliyyətə başlayıb
02.10.2024

Azərbaycanda kiçik və orta bizneslərin rəqəmsallaşması proqramı fəaliyyətə başlayıb 

Rəqəmsallaşma KOB-ların fəaliyyətini keyfiyyətcə yeni mərhələyə yüksəldəcək və rəqabət qabiliyyətini artıracaq.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) əməkdaşlığı çərçivəsində yaradılmış KOB-ların Rəqəmsallaşması Proqramının açılışına həsr olunmuş tədbir keçirilib. 

Tədbirdə dövlət qurumlarının nümayəndələri, kiçik və orta sahibkarlıq subyektləri iştirak ediblər. 

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov tədbiri giriş sözü ilə açaraq ölkədə rəqəmsallaşma siyasəti çərçivəsində rəqəmsal hökumət, cəmiyyət və biznes istiqamətlərində həyata keçirilən tədbirlər barədə məlumat verib. KOB-ların Rəqəmsallaşması Proqramının əhəmiyyətinə toxunan Samir Məmmədov bildirib: “Proqramın başlıca məqsədi rəqəmsallaşmanı təşviq etməklə kiçik və orta biznesləri dəstəkləmək, onların effektivliyini, rəqabət qabiliyyətini və bazar əhatəsini genişləndirməkdir. KOB-ların rəqəmsal alətlər, strategiyalar və qabaqcıl təcrübələr haqqında maarifləndirilməsi məqsədilə seminarlar və təlim proqramları təşkil olunacaq, eyni zamanda “CTO-as-a-Service" vauçerləri kimi təşəbbüslərlə bacarıqlarının artırılması dəstəklənəcək”. O, həmçinin proqramın “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda yer alan kiçik və orta sahibkarlığın inkişafının yeni və daha səmərəli stimullarla təşviq edilməsi məqsədinə xidmət etdiyini vurğulayıb. 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında rəqəmsallaşmanın ümumilikdə KOB-ların yeni bazarlara çıxışı, əməliyyat mühitinin səmərəliliyi və işçi heyəti ilə təmas üsullarının inkişafı baxımından önəmi barədə danışıb: “Rəqəmsal həllər KOB-ların daha asan qlobal dəyər zəncirinə inteqrasiya etməsinə, innovativ fəaliyyətini yüksəltməsinə və məhsuldarlığın artmasına köməklik edə bilər”- deyə, Agentlik sədri qeyd edib.  

KOB-ların Rəqəmsallaşdırılması Proqramının rəhbəri Elturan Əhmədbəyli proqramın reallaşdırıldığı dörd mərhələ haqqında təqdimatla çıxış edib. Qeyd olunub ki, hazırda proqramın üçüncü mərhələsi icra edilir. Proqram bazar araşdırması, dünya təcrübəsi və yerli KOB-ların təhlili, təchizatçılarla görüşlər və proqrama daxil olan layihələrin icrası mərhələlərindən ibarətdir. KOB-ların Rəqəmsallaşma Proqramının “digiMATE” və “DIGI30” kimi layihələri haqqında da ətraflı məlumat verilib.  

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov rəqəmsal iqtisadiyyatın inkişafına dəstək çərçivəsində həyata keçirilən təşəbbüslərdən danışıb: “Bu gün yaradılan proqram KOB-ların ilkin qiymətləndirilməsinin aparılması, onların gələcək rəqəmsal alətlərə olan ehtiyacının müəyyənləşdirilməsi və nəticə etibarilə daha sistemli formada dəstəklənməsi üçün əhəmiyyətli rol oynayır”. 

Qeyd edək ki, KOB-ların Rəqəmsallaşma Proqramı onların rəqəmsal alətlərdən və qabaqcıl texnologiyalardan faydalanaraq, rəqabət qabiliyyətini artırmaq və bazar imkanlarını genişləndirmək məqsədilə hazırlanıb. Proqram çərçivəsində kiçik və orta bizneslər üçün maarifləndirici seminar və təlimlərin təşkil olunması, eyni zamanda “CTO-as-a-Service” kimi təşəbbüslər vasitəsilə bacarıqların artırılmasına dəstək göstərilməsi nəzərdə tutulur. Layihə çərçivəsində KOB-ların rəqəmsal yetkinliyi qiymətləndirilərək, ehtiyaclarına uyğun fərdi yol xəritələri hazırlanacaq. Rəqəmsallaşma təşəbbüslərinin qrantlar və digər maliyyə mexanizmləri ilə dəstəklənməsi də nəzərdə tutulur. KOB-ların rəqəmsal inkişafını sürətləndirmək məqsədilə yaradılmış “digiMATE” platforması artıq 2024-cü ilin avqust ayından etibarən istifadəyə verilib.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment