1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycanın qastroturizm imkanları İtaliyada keçirilən festivalda təbliğ edilib
01.10.2024

Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycanın qastroturizm imkanları 26-30 sentyabr tarixlərində İtaliyanın Turin şəhərində keçirilən “Terra Madre Salone del Gusto 2024” qida festivalında tanıdılıb.

Dövlət Turizm Agentliyi və tabeliyindəki Azərbaycan Milli Kulinariya Mərkəzinin nümayəndələrinin iştirakı ilə milli stenddə Böyük Qafqaz Dağları üzrə “Slow Fud” səyahət turizm marşrutu, qastronomik turizmdə “Slow Fud” turizm modelinin tətbiqi, yerli biomüxtəlifliyin qorunması üçün atılan addımlar haqqında məlumat verilib.

Həmçinin festivalda Ata-baba fındığı, Qafqaz camışından motal pendiri, Qafqaz dağ balı, tərxun şərbəti, gül və nanə suyu, o cümlədən Azərbaycanda yox olmaq təhlükəsi ilə üzləşən 30-dan çox məhsulun nominasiya edildiyi “Dad Gəmisi” kataloqu əsasında hazırlanan menyu təqdim edilib.

Azərbaycan milli şirniyyatları - qovut, şəkərbura, paxlava, qoğal, riçal, gülqənd, səməni halvası, firni və əncirfərəc sərgi iştirakçılarına milli çay süfrəsinin elementləri kimi nümayiş etdirilib.

Festival zamanı “Slow Fud” menyusunun yaradıcısı, usta aşpaz Orxan Muxtarov tərəfindən “Xüsusi işlənmiş ət – qovurma” mövzusunda praktik seminar keçirilib. Seminarda ziyarətçilərin qovurma ilə yanaşı, Mədrəsə şərabı və yabanı bitkilərdən hazırlanan turşulardan da deqsutasiya etmək imkanları yaradılıb.

Festival çərçivəsində Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova ölkə stendini ziyarət edən “Slow Food” təşkilatının Baş direktoru Paolo Di Croce və regional direktor Elena Aniere ilə görüşüb və mümkün strateji planlar müzakirə edilib.

Razılaşdırılmış plana əsasən Azərbaycanın cənub və Qarabağ regionlarının biomüxtəliflik potensialının da “Slow Fud” fəlsəfəsi istiqamətində işlənilib, aqro-qastro turizmə qazandırılması nəzərdə tutulur.

“Biz təbiətik!” şüarı ilə keçirilən “Terra Madre Salone del Gusto” festivalı 120 ölkədən 3000 nümayəndə və 600 stendi özündə birləşdirib. Bir milyon ziyarətçisi olan tədbir İtaliyanın Xarici İşlər, Kənd Təsərrüfatı, Ekologiya və Turizm Nazirliklərinin sponsorluğu ilə “Slow Food International” beynəlxalq təşkilatı tərəfindən təşkil edilib.

Terra Madre (Salone del Gusto) istehsalatında ekoloji amilləri nəzərə alan və biomüxtəlifliyi qoruyan kiçik fermerlərin, sahibkarların, 2 ildən bir İtaliyanın Turin şəhərində öz potensiallarını sərgilədiyi bir platformadır. Azərbaycanın bu festivalda ilk dəfə 2022-ci ildə destinasiya stendi ilə iştirak edib.

Qeyd edək ki, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki və Qaxda həyata keçirilən “Böyük Qafqaz Dağları Ərazisində İcma Əsaslı Dəyər Zəncirinin Genişləndirilməsi” layihəsinin nəticəsi olaraq ərsəyə gələn “Slow Fud” turizm səyahət marşrutunun əsas məqsədi kənd yerlərinin balanslı inkişafına dəstək olmaq, dayanıqlı qida sisteminə, yerli kulinariyanı və mədəni irsin təşviqinə, aqrobiomüxtəliflik ehtiyatlarının səmərəli idarəsi və məhsuldar istifadəsinə töhfə verməkdir.

Qlobal “Slow Food” hərəkatı hamı üçün təmiz, dadlı və ədalətli qidanı təmin etmək üçün 1986-cı ildə İtaliyada yaradılıb. “Slow Fud” dadlı, təmiz və sosial ədalətlilik prinsiplərinə əsaslanan daha sağlam qidalanmanı təmin edən, milli və regional mətbəxlərin ənənələrini qoruyub saxlayan bir yanaşmadır.

Yerli qastronomiya ənənələrini və qida məhsullarını dəstəkləyən bu hərəkat son illər ərzində daha da genişlənərək 160 ölkəni əhatə etməyə başlayıb.


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment