1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Slovakiya ilə iqtisadi-ticarət əməkdaşlığı müzakirə olunub
26.09.2024

Slovakiya ilə əməkdaşlıq istiqamətləri üzrə bir sıra təkliflər irəli sürülüb, qarşılıqlı investisiya qoyuluşlarının intensivləşdirilməsi və ticarət dövriyyəsi həcminin artırılmasına dair fikir mübadiləsi aparılıb.

İqtisadiyyat nazirinin müavini Anar Axundov Slovakiya Respublikası İqtisadiyyat Nazirliyinin  birinci dövlət katibi Kamil Şaşko ilə görüşüb.

Görüşdə Azərbaycan və Slovakiya arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi, ölkəmizdə, o cümlədən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaradılan sənaye parklarında, Ələt Azad İqtisadi Zonasında Slovakiya şirkətlərinin iştirakı imkanları, təkrar emal, turizm, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın inkişafı, təcrübə mübadiləsinin genişləndirilməsi barədə müzakirə aparılıb.  

Daha sonra Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib.

İqtisadiyyat nazirinin müavini, işçi qrupun həmsədri Anar Axundov, Slovakiya Respublikası İqtisadiyyat Nazirliyinin  birinci dövlət katibi, işçi qrupunun slovakiyalı həmsədri Kamil Şaşko işçi qrupun gündəliyində duran məsələlər barədə məlumat veriblər.

Bildirilib ki, birgə səylərin nəticəsi olaraq  hökumətlərimiz arasında 2021-ci ildə imzalanmış Sazişə uyğun olaraq Azərbaycan-Slovakiya Birgə İşçi Qrupu yaradılıb və həmin İşçi Qrupu iki ölkə arasında müxtəlif sahələrdə münasibətlərin əlaqələndirilməsi və təşviqi üçün konkret mexanizm rolunu oynayır.

Vurğulanıb ki, “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) ilə Slovakiyanın “Eximbank SR” arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq birgə investisiya layihələrinin reallaşdırılması nəzərdə tutulub və slovak şirkətləri Azərbaycanda yaradılan biznes imkanlarından yararlana bilərlər.

İclasda əməkdaşlıq istiqamətləri üzrə bir sıra təkliflər irəli sürülüb, qarşılıqlı investisiya qoyuluşlarının intensivləşdirilməsi və ticarət dövriyyəsi həcminin artırılması üçün fikir mübadiləsi aparılıb. Ticarət sahəsində müqavilə-hüquq bazasının genişləndirilməsi, tekstil, turizm və enerji sektoruna sərmayələrin yatırılması, habelə kiçik və orta biznes dairələri arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib. 

Sonda Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında ikitərəfli ticarət, enerji, nəqliyyat və İKT, dövlət xidmətləri, turizm, ətraf mühit, standartlaşma və müdafiə sənayesi sahələrində əməkdaşlıq məsələlərini əhatə edən İqtisadi Əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclasının yekun Protokolu imzalanıb.


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment