1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“Sıfır Tullantı” həmrəylik marafonu yekunlaşdı
19.09.2024

Xəbər verdiyimiz kimi Qırmızı Ürəklər Fondu ölkənin birinci bankı Kapital Bank-ın 150 illik yubileyi münasibətilə “SıfırTullantı” həmrəylik marafonuna start verib. 2 ay davam edən marafon Gəncə-Daşkəsən, Lənkəran-Astara, Mərkəzi Aran, Şəki-Zaqatala və Bakı iqtisadi rayonlarını əhatə edib.25 rayonda yerləşən Kapital Bank filiallarında çalışan əməkdaşlardan ibarət 181 könüllü ümumilikdə 2494 kq tullantı toplamağı bacarıb.

Marafonun finalı isə 14 sentyabr 2024-cü il tarixində, Bakı şəhərinin Bilgəh qəsəbəsində təmizlik aksiyası ilə yekunlaşıb. Ekosistemə daxil olan Kapital Bank, “PashaPay” MMC və “Competo” MMC şirkətlərinin əməkdaşlarının, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və ekologiya könüllülərinin iştirakı ilə keçirilən aksiyaya 70-ə yaxın iştirakçı qoşulub. Layihə Ekologiya və Təbii Sərvətlar Nazirliyinin dəstəyi ilə baş tutub. 

Marafonun keçirilməsində məqsəd cəmiyyətimizdə ekoloji savadlılığın və ətraf mühitə qarşı həssaslığın daha da artırılmasıdır. Eyni zamanda sahil yanı, dağ, meşə ərazilərində təmizliyə riayət olunmasını təbliğ etmək, bu ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq, hər kəsi təbiətə qarşı daha məsuliyyətli davranmağa təşviq etmək marafonun əsas hədəflərindəndir. 

Eyni zamanda layihənin“Yaşıl dünya naminə həmrəylik” ilində və ölkəmizdə baş tutacaq COP29 kimi dünya əhəmiyyətli tədbir ərəfəsində keçirilməsi planetin ekosisteminə töhfə verən bu kimi layihələrin dəstəklənməsinin göstəricisidir. Qırmızı Ürəklər Fondu hər kəsi təbiətin qorunmasına yönələn bu təşəbbüsə dəstək olmağa çağırır. 

Qeyd edək ki, “Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin  həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”- ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment