1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Fond birjası


Bakı Fond Birjası yeni brend kimliyini təqdim edib
19.09.2024

18 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjası (BFB) yeni brend kimliyini təqdim edib. 

Dəyişikliklər əsas dəyərləri dürüstlük, davamlı inkişaf və tərəfdaşlıq olan Bakı Fond Birjasının yeni brend kimliyində vizual olmaqla yanaşı, həmçinin, yeni strategiyasının təşəbbüslərində dəəks olunub.Brendin yenilənməsi birjanın bazar iştirakçıları və tərəfdaşları ilə münasibətlərini daha şəffaf və etibarlı şəkildə quraraq, qarşılıqlı əlaqələri yeni bir çərçivəyə salmaq niyyətini özündə birləşdirir. Bu münasibətlər də,öz növbəsində,Bakı Fond Birjasının beynəlxalq miqyasda rəqabət qabiliyyətini artırmaqla yanaşı, yerli bazarda yeni imkanlar açılmasına yol açır.   

Tədbirdə iştirak edən dövlət qurumlarının nümayəndələri, yerli və beynəlxalq təşkilatlar, həmçinin xarici fond birjalarının təmsilçiləri Bakı Fond Birjasının bu vacib addımını dəstəkləyərək BFB-nin kapital bazarının inkişafında mühüm rol oynadığına dair öz fikirlərini bölüşüblər.

Növbəti gün – sentyabrın 19-da BFB-nin İdarə Heyətinin üzvlərinin iştirakı ilə mətbuat konfransı keçirilib. Mətbuat konfransında çıxış edən BFB-nin İdarə heyətinin sədri Ruslan Xəlilov yeni brend kimliyinin şirkətin gələcək planları ilə necə uyğunlaşdırıldığını təqdim edib. O, sözügedən dəyişikliklərin BFB-nin yerli kapital bazarı iştirakçıları arasındakı yerini daha da möhkəmlədəcəyini  vurğulayaraq bu prosesin şirkətə yeni imkanlar təqdim edəcəyini bildirib. Sonda BFB-nin İdarə Heyətinin üzvləri jurnalistlərin suallarını cavablayıb.

30 ilə yaxın təcrübəsi ilə ölkənin kapital bazarlarına töhfə verən Bakı Fond Birjasının məqsədlərindən biri dəmaliyyə bazarları ilə bağlı məlumatları geniş auditoriyaya daha əhatəli və əlçatan tərzdə təqdim etməkdir. Bununla da Birja, bazar iştirakçıları ilə cəmiyyət arasında şəffaf və davamlı məlumat mübadiləsinin yeni səviyyəyə çatdırılmasını hədəfləyir.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment