Mərkəzi Bankda investisiya şirkətlərinin nümayəndələri üçün təlim keçirilib
17.09.2024
Mərkəzi Bank ilə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti tərəfindən investisiya şirkətlərinin nümayəndələri üçün təlim keçirilib. Təlim çərçivəsində “Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair Qaydalar” əhatə olunub. Sözügedən qaydaların praktiki məqamları ilə bağlı xüsusi təqdimat nümayiş etdirilib və bu istiqamət üzrə suallar cavablandırılıb.