Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsində PREMIUM seriyalı yeni BTL-4825 SL cihazları pasiyentlərin istifadəsinə verilib. PREMIUM seriyalı 2 ədəd BTL-4825 SL cihazları ideal parametrlərə malik olub, çox perspektivli, innovativ kombinə edilmiş fizioterapiya sistemləridir. Bu cihazlar cərəyanların geniş spektri ilə iki kanallı elektroterapiyanı, ultrasəs və lazer terapiyasını təmin edir.
Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsində bu yeni cihazlar vasitəsilə icra olunan kombinə olunmuş terapiyalar, fizioterapevtik prosedurlar, elektroterapiyalar və ultrasəs aparılır. Standart aparatlardan daha güclü lazer applikatorun köməyi ilə müxtəlif mənşəli ağrılar, ağrı sindromları müalicə edilir, boyun, bel, oynaq ağrıları, vətər və əzələ problemləri, əzələ-skelet sistemində olan xəstəliklər aradan qaldırılır.
Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsinin rəisi, fizioterapevt-reabilitoloq Dr. Səidə Kərimova və fizioterapevt-reabilitoloq Afət Çəndirli xəstəliklərə uyğun olaraq müalicə prosedurlarını təyin edirlər.Ətraflı məlumat almaq üçün (012) 404 08 08 nömrəsinə zəng vurmaq mümkündür.