“ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı çərçivəsində “Bilik Karvanı” layihəsinə start verilib.
Bilik Gününə həsr olunan sosial təşəbbüs həssas qrupdan olan uşaqlara sevinc bəxş etmək, yeni tədris ilinə onları daha da həvəsləndirmək məqsədilə gerçəkləşir.
Layihənin açılış mərasimində 1, 2 və 3 saylı Uşaq evi sosial xidmət müəssisələrindən 6-14 yaş kateqoriyasındakı 100 uşağa hədiyyələr təqdim olunub.
Həmçinin iştirakçılar üçün “SİMART” Sağlam İnkişaf Platforması tərəfindən film saatı, “Start IT” şirkəti tərəfindən M-bot futbol, “Bilim Bakı” mərkəzi tərəfindən təbiət mövzusunda laboratoriya və müxtəlif ustad dərsləri təşkil olunub.
“Bilik Karvanı” layihəsi boyunca Azərbaycanın bir çox bölgəsində 600-dən çox uşağa məktəb çantası, ləvazimətları, kitablar və digər hədiyyələr təqdim olunacaq.
Xatırladaq ki, “ASAN Məktub” sosial proqramı çərçivəsində indiyədək 10000-dən çox uşağın arzusu reallaşdırılıb.
Sponsorlar: “Azərikard” MMC, “Qala Sığorta” ASC;
Dəstəkçilər: Bakı Konqres Mərkəzi, “İnnovasiyalar Mərkəzi”, “SİMART” Sağlam İnkişaf Platforması, “Start IT”, “Bilim Bakı” mərkəzi
Media tərəfdaş: ASAN TV və ASAN Radio