4 və 5 sentyabr 2024-cü il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.
Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Notun müddəti (gün)
|
İSİN
|
Hərrac
tarixi
|
Hərraca çıxarılan məbləğ (manat)
|
Nominal
|
Miqdar
|
Notun ödəniş tarixi
|
28
|
AZ2315024706
|
04.09.2024
|
10.000.000
|
100.000
|
100
|
02.10.2024
|
84
|
AZ2316024705
|
05.09.2024
|
5.000.000
|
100.000
|
50
|
28.11.2024
|
168
|
AZ2317024704
|
04.09.2024
|
2.500.000
|
100.000
|
25
|
19.02.2025
|
252
|
AZ2318024703
|
05.09.2024
|
2.500.000
|
100.000
|
25
|
15.05.2025
|
Hərracda notların ilk mülkiyyətçiləri yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar ola bilər. Notların mülkiyyətçiləri notlarla alqı-satqı, girov, REPO və digər əqdləri bağlaya bilər və bu əqdlər üzrə tərəf qismində istənilən şəxs çıxış edə bilər.
Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcminə məhdudiyyət tətbiq olunmur.
Hərrac zamanı iştirakçıların sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcəkdir.
Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.