|
|
|
Fond birjası | | | "Legion Financial” ASC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır |
28.08.2024 | |
| |
27 avqust 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Legion Financial” ASC-nin istiqrazları Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. 27 avqust 2024-cü il tarixindən başlayaraq 29 sentyabr 2024-cü il tarixinə kimi 34 gün ərzində "Legion Financial” ASC-nin istiqrazları üzrə abunə yazılışı baş tutacaqdır. İstiqrazlar üzrə yerləşdirmə 30 sentyabr 2024-cü il tarixində baş tutacaqdır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
|
"Legion Financial” ASC
|
Dövlət qeydiyyat nömrəsi – İSİN
|
AZ2003025460
|
İstiqrazların növü və forması
|
İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
|
Ticarət üsulu/forması
|
Kütləvi/Abunə yazılışı
|
İstiqrazların sayı
|
1000 (ədəd)
|
İlkin ticarət qiyməti
|
1000 manat
|
Buraxılış həcmi
|
1,000,000 manat
|
İllik gəlirlilik faizi
|
15%
|
Ödəmə periodu
|
Yerləşdiyi tarixdən etibarən 30 (otuz) gündən bir
|
Tədavül müddəti
|
5 il
|
Anderrayter
|
“Assist Finance İ.Ş” ASC
|
Ticarətə buraxılma tarixi
|
30.09.2024
|
|
|
|
|