26 avqust 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Kapital Bank” ASC-nin buraxılış həcmi 30,000,000 (otuz milyon) ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. 26 avqust 2024-cü il tarixindən başlayaraq 24 sentyabr 2024-cü il tarixinə kimi 30 gün ərzində "Kapital Bank” ASC-nin istiqrazları üzrə abunə yazılışı baş tutacaqdır. İstiqrazlar üzrə yerləşdirmə 26 sentyabr 2024-cü il tarixində baş tutacaqdır.
Qeyd: İstiqrazlar subordinasiya borc şəklində, 7 illik tədavül müddətilə buraxılır.
Subordinasiya borc öhdəlikləri - emissiya şərtlərinə görə ödəmə vaxtı çatdıqda ödənilən, bankın aktivlərinin girovu ilə təmin edilməyən, mülkiyyətçisinin tələbi ilə geri alınmayan, bank ləğv edilərkən onların ödənilməsi əmanətçilərin və bankın digər kreditorlarının tələbləri tam ödənildikdən sonra icra olunan öhdəliklər.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
|
"Kapital Bank” ASC
|
Dövlət qeydiyyat nömrəsi – İSİN
|
AZ2013005155
|
İstiqrazın növü və forması
|
İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
|
İstiqrazın sayı
|
300,000 (ədəd)
|
İlkin ticarət qiyməti
|
100 ABŞ dolları
|
Buraxılış həcmi
|
30,000,000 ABŞ dolları
|
İllik gəlirlilik faizi
|
7%
|
Ödəmə Periodu
|
İldə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə hər 30 (otuz) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq ödənilir
|
Tədavül müddəti
|
7 il
|
Anderrayter
|
“PAŞA Kapital İ.Ş” QSC
|
Ticarətə buraxılma tarixi
|
26.09.2024
|
Ticarət üsulu/forması
|
Kütləvi/Abunə yazılışı
|