1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Neft və qaz


SOCAR Özbəkistanda təşkil olunan “İqtisadiyyatın əsas istiqamətləri – ümumi rifaha doğru addım” adlı sərgidə öz stendi ilə təmsil olunur
26.08.2024

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycan məhsullarına və ölkəmizdə göstərilən xidmətlərə həsr olunan “İqtisadiyyatın əsas istiqamətləri – ümumi rifaha doğru addım” adlı sərgidə öz stendi ilə təmsil olunur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun təşkilatçılığı ilə təşkil olunan sərgidə SOCAR stendi çoxsaylı ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Stenddə SOCAR-ın fəaliyyət istiqamətlərinə, o cümlədən apstrim, midstrim, daunstrim, “Yaşıl gündəlik” və insan kapitalı üzrə əldə olunan ən son nailiyyətlərə dair məlumatlar “touch screen” ilə idarə olunan 5 LED monitor vasitəsilə Azərbaycan, rus və ingilis dillərində təqdim edilir.

Stenddə, həmçinin SOCAR-ın müxtəlif ölkələrdə fəaliyyət göstərən nümayəndəlikləri barədə məlumatlar əldə etmək mümkündür.

Burada “Şahdəniz Alfa” platforması, oradan boru ilə qazın Gürcüstan vasitəsi ilə Türkiyəyə ötürülməsi və yayılması, eyni zamanda, həyata keçirilən fəaliyyətdə insan kapitalının vacibliyi neftçi obrazı ilə 3D effektlərlə təqdim edilir. Stenddə, eyni zamanda “Şahdəniz Bravo” platformasının maketi 3D (LED) Fanlarla nümayiş etdirilir.

SOCAR stendində, həmçinin Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunan məhsullar, o cümlədən Aİ 92 və Aİ 95 markalı benzin, neft koksu, kerosin, nafta, bitumen və dizel təqdim olunur.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment