1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycanda maliyyəçilər üçün yeni startap məhsulu hazırlanıb
09.08.2024

Azərbaycanda maliyyəçilər üçün yeni startap məhsulu hazırlanıb 

Azərbaycanda süni intellektə əsaslanaraq hazırlanan məhsulların sayı getdikcə artmaqdadır. Belə məhsullardan biri "Tezfinance Tech" MMC-nin bu yaxınlarda hazırladığı, KOBİA tərəfindən startap şəhadətnaməsi verilmiş maliyyə qurumları üçün süni intellektə əsaslanan çat bot layihəsidir.

MMC-nin təsisçisi və baş direktoru Elnur Əsgərli “vergiler.az”a bildirib ki, 2017-ci ildən sonra dünya miqyaslı şirkətlərdə süni intellektin tətbiqi iki dəfədən çox artıb. Növbəti dövrlərdə süni intellektdən istifadənin gündəlik əməliyyatlara tətbiqi dərəcəsinin daha da artacağı gözlənilir. 2021-ci ildə süni intellektdə qoyulan investisiya iki dəfə artaraq 66,8 milyard dollara çatıb, 65 süni intellekt şirkəti əvvəlki ilə nisbətən 442% böyüməklə 1 milyard dollardan çox bazar qiymətləndirilməsinə nail olub. 2024-cü ildə süni intellekt bazarının həcminin 305,90 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırılır. Bazar ölçüsünün illik artım tempinin 15,83% olması gözlənilir ki, bu da 2030-cu ilə qədər bazar həcminin 738,80 milyard ABŞ dolları təşkil etməsi ilə nəticələnəcək.

Startapçı hesab edir ki, süni intellektin istifadəsində əsas tendensiyalardan biri çat botlar və virtual köməkçilər vasitəsilə müştəri xidməti və dəstəyinin yaxşılaşdırılmasıdır. Bu sahədə real texnoloji nəticələr əldə edildiyi üçün virtual köməkçilər və çat botlara artan tələbat süni intellekt texnologiyaları bazarını genişləndirir.

PwC şirkətinin 2024-cü ildəki araşdırmasına əsasən, ChatGPT xidməti bazara təklif ediləndən sonrakı il ərzində sorğuda iştirak edən şirkətlərin 54%-i GenAİ (yeni məzmun yaradan süni intellekt) tətbiqlərindən bu və ya digər formada istifadə edib. GenAI tətbiqlərinin oxşar templə ölkəmizdə də tətbiq ediləcəyi fərz edilərsə, yaxın gələcəkdə KOB subyektlərinin ən azı 50%-nin GenAİ texnologiyalarından istifadə edəcəyini təxmin etmək olar. Nəticədə GenAİ bazarında təxminən 178 min KOB subyektinin iştirak edəcəyi gözlənilə bilər. Hər subyektin orta hesabla aylıq 50 manat hazır GenAİ xidmətlərinə vəsait xərcləyəcəyini təxmin etsək, hazır GenAİ xidmətlərinin Azərbaycanda ümumi mümkün bazarının aylıq 8,9 milyon manat, illik 106,8 milyon manat olacağını proqnozlaşdırmaq olar.

“TezFinance Tech” MMC-nin təklif etdiyi AİCA çat bot və borc məlumatlandırma sistemi GenAİ texnologiyasından aktiv istifadə etdiyi üçün ölkəmizdə kifayət qədər potensial bazarın olduğu görünür.

 Süni intellekt əsaslı müştəri xidməti proqramı olan AICA Telegram BOT və “WhatsApp chat” vasitəsilə müştərilərlə ünsiyyət qurur, şirkət tərəfindən verilmiş məhsul məlumatına əsaslanan məzmundan (kontekst) istifadə edir, OpenAI LLM (böyük dil modeli) vasitəsilə müştəri sualını əvvəlcədən verilmiş kontekst əsasında cavablandırır. Bundan başqa, AİCA borclu müştərilərə avtomatik rejimdə zəng edilməsi və TTS (mətninin səsə çevrilməsi) texnologiyası əsasında yaradılmış səsli mətnlərin oxudulmasını təmin edir. Bu funksionallığın qurulması üçün şirkətlərdən alınan ödəniş layihənin əsas gəlir qaynağıdır.

E.Əsgərlinin sözlərinə görə, əsas hədəf bazarı müştərilərin sadə və təkrarlanan suallarını cavablandırmaq ehtiyacı duyan kiçik və orta biznes (KOB) subyektləridir: “Müştərilərin suallarının cavablandırılması və borclu müştərilərə xatırladıcı zənglərin edilməsi üçün qurulmalı olan “call center” tipli həllər bahalıdır. Bundan başqa, sualları cavablandırmaq və zəngləri etmək üçün əməkdaşların olması tələb edilir ki, bunu da ancaq iş saatlarında etmək mümkündür. AICA çat bot və borc məlumatlandırma sistemi bu problemləri həll etdiyinə görə KOB subyektlərinə az xərc çəkməklə və əlavə işçi cəlb etmədən 24 saat ərzində müştərilərin sadə və təkrarlanan suallarını cavablandıra bilir. Bundan başqa, müəyyən edilmiş vaxt aralıqlarında avtomatik rejimdə müştərilərə borcları barədə məlumatlandırıcı zənglərin edilməsi mümkündür. Nəticədə hər iki funksionallıq müştəri məmnuniyyətinin artmasına səbəb olur. Azərbaycan dilinin dəqiq və səmərəli işlənməsini təmin etmək üçün AICA ixtisaslaşmış tokenizerdən istifadə edir. Bu tokenizer mətni fərdi tokenlərə bölərək, AICA-ya dili ətraflı səviyyədə təhlil etməyə və başa düşməyə imkan verir. Tokenizer AICA-ya Azərbaycan dilində dəqiq və kontekstdən xəbərdar cavablar təqdim etməkdə mühüm rol oynayır.

Hədəf bazar olan KOB subyektlərinə AICA çat bot haqqında məlumatı çatdırmaq üçün peşəkar internet səhifə və SEO, məzmun, sosial media, e-mail marketinqlərindən və ödənişli reklamdan istifadə ediləcək. Əsas rəqiblər zəng mərkəzi avadanlıqları və xidmətləri təklif edən şirkətlərdir: “Bizim qabaqcıl məhsulumuz AİCA çat bot və borc məlumatlandırma sistemi müştəri xidmətində inqilab etmək üçün qabaqcıl süni intellekt texnologiyasından istifadə edir. Hədəfimiz müştərilərlə ünsiyyətdə süni intellektin imkanlarından istifadəni hər bir şirkət üçün əlçatan etməkdir. “TezFinance Tech” MMC-nin əsas hədəflərindən biri şirkətin komandasının texniki bacarıqlarından istifadə etməklə mürəkkəb süni intellekt texnologiyalarına əsaslanan hazır, abunə əsaslı xidmətlər yaratmaq və KOB subyektləri üçün süni intellekt texnologiyalarını əlçatan etməkdir. AİCA sistemi KOB subyektləri üçün bir çox imkanları təqdim edir və eyni zamanda “TezFinance Tech” MMC-nin rəqiblərinə görə əsas üstünlüklərini formalaşdırır. AİCA çat bot bahalı zəng mərkəzi aparat və proqram təminatı ilə müqayisədə xərcləri azaldır və böyük işçi qüvvəsi tələb etmədiyi üçün işçilərin maaşlarına qənaət edilir. Məsələn, AİCA borc məlumatlandırma sistemi 4 mobil nömrədən istifadə etməklə gün ərzində 2500-3000 müştəriyə zəng edib məlumat çatdıra bilir. Səsli zənglər SMS xəbərdarlıqlarından daha effektivdir və müştərilər tərəfindən müsbət hərəkətlərə daha çox səbəb olur. Eyni səviyyədə zənglərin operatorlar tərəfindən edilməsi üçün ən azı, daimi işləyən 6 operator və onların lazım olanda əvəz edilə bilməsi üçün əlavə olaraq, bir və ya iki operator lazımdır ki, bu da aylıq 4 min manata yaxın əlavə xərc tələb edir. AİCA çat bot xüsusi biznes ehtiyaclarına əsaslanaraq müştərilərlə qarşılıqlı əlaqə yaratmaqda çeviklik nümayiş etdirir və fərdi cavablar, avtomatlaşdırılmış iş axınları və mövcud sistemlərlə inteqrasiya kimi xüsusiyyətləri özündə cəmləyir”.

E.Əsgərli əlavə edib ki, daxili bazarda müştəri xidmətlərini təmin edən zəng mərkəzi tipli avadanlıqları idxal edən bir neçə müəssisə olsa da, bu, istеhlakçıların tələbatını tam ödəmir. Tələbat xaricdən gətirilən avadanlıqlar hesabına ödənilir. İnsan operatoru əsaslı ünsiyyətdən süni intellekt və proqram təminatlı əsaslı ünsiyyətə keçən AİCA ənənəvi avadanlıq tipli həll əvəzinə ölkə daxilində işlənib hazırlanmış və yerli biznes subyektlərinin tələblərinə cavab verən proqram təminatını təklif edir ki, bu da yerli tələbatı tam ödəməyə imkan verir. Beynəlxalq bazarda AİCA kimi müştəri xidməti həllərinə ciddi tələbat mövcuddur. Ona görə belə məhsulların ixrac potensialı böyükdür. Bu məhsulun ilkin olaraq, Gürcüstan və Orta Asiyaya çıxış nəzərdə tutulur. Həmin bazarlarda formalaşmış təcrübənin əsasında daha sonra Türkiyə bazarına çıxmaq planlaşdırılır.

https://vergiler.az/news/economy/31276.html


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment