“Mama-ginekologiyada müasir trendlər-Böyük Britaniya təcrübəsi” mövzusunda Dəyirmi Masa keçiriləcək
14 avqust 2024-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “Mama-ginekologiyada müasir trendlər-Böyük Britaniya təcrübəsi” mövzusunda Dəyirmi Masa həyata keçiriləcək.
Əyani şəkildə Mərkəzi Gömrük Hospitalının akt zalında həyata keçirilməsi planlaşdırılan Dəyirmi Masada "Vaginal prolaps-diaqnostika, menecment və cərrahiyyə" və "Mamalıqda müasir trendlər" mövzuları dinləniləcək. Xüsusi Qonaq-Böyük Britaniyanın Birmingem Qadın və uşaq hospitalının mama-ginekoloqu, PhD, Fidan İsrafil-Bəylinin iştirakı ilə həyata keçiriləcək Dəyirmi Masa panel müzakirələr və sual-cavab sessiyaları vasitəsilə interaktiv şəklində təşkil olunacaq.
Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!
Qeydiyyat linki: https://forms.gle/eJ9UwrzKujHMz3XU6
Dəyirmi Masada iştirak ödənişsizdir.
Hərkəs Dəyirmi Masada iştirak üçün dəvətlidir!