Mərkəzi Gömrük Hospitalının Travmatologiya şöbəsininyüksəkixtisaslı travmatoloq-ortopedləri travmatoloji və ortopedik patologiyası olan xəstələrə, o cümlədən fövqəladə hallarda xəsarət alanlara ixtisaslaşmış və yüksək texnologiyalı tibbi yardım göstərir. Kadrların peşəkar hazırlığı, müasir tibbi avadanlıqlar, qabaqcıl tibbi texnologiyalar dünya ortopediyasının ən son nailiyyətlərini tətbiq etməyə, xəsarətləri, onların nəticələrini, habelə dayaq-hərəkət aparatının xəstəlikləri olan xəstələrdə müasir yüksək texnologiyalı əməliyyatların aparılmasına imkan yaradır.
Mərkəzi Gömrük Hospitalının Travmatologiya şöbəsinin yüksəkixtisaslı travmatoloq-ortopedləri ağır travmalar - dayaq-hərəkət aparatının müxtəlif zədələnmələri, zədələnmələrin ağırlaşmaları və ortopedik xəstəlikləri olan pasiyentlərin müalicəsində zəngin təcrübəyə malikdir.
Burada diz, bud, topuq və dirsək oynaqlarının oynaqdaxili formasiyalarının rekonstruksiyaları artroskopik üsulla aparılır, inkişaf qüsurları aradan qaldırılır, oynaqdaxili yenitörəmələr aradan qaldırılır. Ayaq cərrahiyyəsi yeni, müasir səviyyəyə qaldırılıb. Yeni texnologiyalardan və implantlardan istifadə etməklə arxa, orta və ön ayağın korreksiyasında yaxşı nəticələr əldə edilmişdir.
Travmatologiya şöbəsinin rəisi, travmatoloq-ortoped, t.ü.f.d., Ramin Rzayev və travmatoloq-ortoped Müseyib Əhmədov tərəfindən geniş spektrli cərrahi müdaxilələr icra edilir. Bu əməliyyatlara ətrafların yumşaq toxumalarının bütün növ travmatik zədələnmələrinin müalicəsi, oynaqdaxili, oynaqdan kənar digər patoloji dəyişikliklərin aradan qaldırılması, sınıqların və çıxıqların qapalı reduksiyası, o cümlədən müasir polimer tökmələrin istifadəsi, bütün növ müasir sümük, o cümlədən minimal invaziv, yuxarı və aşağı ətrafların sınıqlarının intramedullar bloklanmış osteosintezini, böyük oynaqların artroplastikası (endoprotezi), endoprotez komponentlərin müxtəlif aşınma formaları və qeyri-sabitliyi zamanı revizion bud-çanaq, diz oynaqlarının artroplastikasını, müxtəlif patologiyalar üçün diz oynağının artroskopik cərrahiyyəsini icra edilir.
Şöbənin mütəxəssisləri ortopediyanın innovativ texnologiya və üsullarını - oynaqların dəyişdirilməsi, onkoprotezləşdirmə, revizion protezləşdirmə, yastı pəncəliyin bütün formalarının müalicəsi, iri və kiçik artrodez əməliyyatlarını klinik praktikaya tətbiq etmişlər.
Onlar ənənəvi və minimal invaziv osteosintez texnologiyalarından fəal şəkildə istifadə edirlər. Belə ki, minimal invaziv üsullardan istifadə iri oynaqların (çiyin və diz) zədələnmiş strukturlarını bərpa etməyə imkan verir. Şöbədə inkişaf qüsurlarının, xəsarət və yaraların nəticələrinin aradan qaldırılmasına yönəlmiş ortopedik osteoplastik əməliyyatlar həyata keçirilir. Xondroplastika və hüceyrə texnologiyaları üzrə klinik və eksperimental tədqiqatlar aparılır.
Mərkəzi Gömrük Hospitalının
PR mütəxəssisi Dilarə Zamanova