|
|
|
Digər xəbərlər | | | Dr.Kənan Əsədov icra etdiyi aorta koronar şuntlama əməliyyatı barədə məlumat verib |
31.07.2024 | |
| |
Mərkəzi Gömrük HospitalınınÜrək-Damar Cərrahiyyəsi şöbəsinin ürək-damar cərrahı Kənan Əsədov60 yaşlı pasiyent üzərində icra etdiyi 4 damar üzərində işlək ürəkdə aorta koronar şuntlama əməliyyatı barədə məlumat verib. Əməliyyatda ürək-damar cərrahı Nurlan Mahmudov, hospitalın anestezioloq-reanimatoloqları: Şahin Mazanov, Könül Həsənova və həkim-rezidentlər iştirak ediblər.
Qeyd edək ki, xəstə ürək nahiyəsində ağrılardan və təngnəfəslikdən şikayətlənirdi. Əməliyyata alınan pasiyent eyni zamanda şəkərli diabet və hipertoniya xəstəliklərindən də əziyyət çəkib.
Əməliyyat İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi çərçivəsində icra edilib. Süjeti Sizə təqdim edirik. https://youtu.be/uOjoTT5LLFE
|
|
|
|