|
|
|
Digər xəbərlər | | | Türkiyə şirkətinə Ağdam Sənaye Parkınının rezidentliyi statusu verilib |
31.07.2024 | |
| |
Türkiyə kapitallı “Asilsoy” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib, bununla da Parkın rezidentlərinin sayı 27-yə çatıb.
İnvestisiya dəyəri 10 milyon manat olan müəssisədə tava və qazan istehsal ediləcək. 100 nəfərin işlə təmin ediləcəyi müəssisədə istehsal olunacaq məhsulların daxili bazarda satışı ilə xarici ölkələrə ixracı da nəzərdə tutulur.
Qeyd: “Asilsoy” Tükiyədə metal mətbəx əşyalarının istehsalı sahəsində aparıcı şirkətlərdən biridir. Şirkət tərəfindən istehsal edilən məhsullar müxtəlif sifarişçi marka (Karaca, Schafer) adları ilə 15-dən çox ölkəyə ixrac edilir.
|
|
|
|