Ölkənin ilk rəqəmsal bankı Birbank taksit kartı sahibi olan müştərilərinə sərfəli imkanlar yaratmağa davam edir. Trendyol ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən Birbank taksit kart sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı 2 sentyabr 2024-cü il tarixinədək uzadıldı. Qeyd edək ki, kampaniya Trendyol-da “Azərbaycandan birbaşa al” seçimi ilə edilən sifarişlər üçün keçərlidir.
Belə ki, kampaniya çərçivəsində Birbank taksit kartı istifadəçiləri Trendyol mobil tətbiqindən çıxmadan ödənişlərini 2 və 3 aylıq taksitə bölə bilirlər.Bunun üçün istifadəçilər Trendyol mobil tətbiqinin son versiyasından istifadə etdiklərindən əmin olmalıdırlar. Eyni zamanda Trendyol.az vebsaytında da müştərilər bu funksiyadan yararlanmaq imkanına sahibdirlər.
Ətraflı məlumat üçün link: https://kbl.az/trnpr
Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.