31iyul və 01 avqust 2024-cü il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.
Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Notun müddəti (gün)
|
ISIN
|
Hərrac tarixi
|
Hərraca çıxarılan məbləğ (manat)
|
Nominal
|
Miqdar
|
Notun ödəniş tarixi
|
28
|
AZ2295024700
|
31.07.2024
|
5.000.000
|
100.000
|
50
|
28.08.2024
|
84
|
AZ2296024709
|
01.08.2024
|
5.000.000
|
100.000
|
50
|
24.10.2024
|
168
|
AZ2297024708
|
31.07.2024
|
5.000.000
|
100.000
|
50
|
15.01.2025
|
252
|
AZ2298024707
|
01.08.2024
|
5.000.000
|
100.000
|
50
|
10.04.2025
|
Hərracda notların ilk mülkiyyətçiləri yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar ola bilər. Notların mülkiyyətçiləri notlarla alqı-satqı, girov, REPO və digər əqdləri bağlaya bilər və bu əqdlər üzrə tərəf qismində istənilən şəxs çıxış edə bilər.
Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcminə məhdudiyyət tətbiq olunmur.
Hərrac zamanı iştirakçıların sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcəkdir.
Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.