1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Ölkəmizdə ilk sənaye partlayıcı maddələrinin istehsalı zavodu tam rejimdə fəaliyyətə başlayıb
29.07.2024

Gəncədə “AzerGold” QSC-nin törəmə şirkəti – “AzerBlast” MMC tərəfindən istifadəyə verilən ilk sənaye partlayıcı maddələrinin istehsalı zavodu tam rejimdə fəaliyyətə başlayıb.

İyulun 27-də iqtisadiyyat naziri Mikayıl Cabbarov, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi, “AzerGold” QSC-nin Müşahidə Şurasının sədri Mətin Eynullayev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, Harvard Kennedi Məktəbinin professoru Xuan Ximenez və Harvard Beynəlxalq İnkişaf Mərkəzinin Laboratoriyasının tədqiqatçıları müəssisənin fəaliyyəti ilə tanış olublar.

Dövlət-özəl tərəfdaşlıq modeli əsasında təsis olunan “AzerBlast” MMC ölkəmizdə mülki partlayıcı maddələrə artan tələbatın qarşılanması, idxaldan asılılığın aradan qaldırılması məqsədilə yaradılıb. “AzerBlast” MMC-nin ümumi paylarının 51 faizi “AzerGold” QSC-yə, 49 faizi isə bu sahə üzrə ixtisaslaşmış özəl şirkət “DM Servis” MMC-yə məxsusdur.

Zavodda dağ-mədən və inşaat sənayesində istifadə olunan ANFO (quru mühitdə istifadə üçün nəzərdə tutulan partlayıcı növü) və H-ANFO (nəm mühitdə istifadə üçün nəzərdə tutulan partlayıcı növü) partlayıcı maddələrinin test rejimində istehsalı həyata keçirilir.

15 hektar ərazidə inşa edilən müəssisənin təməli 2023-cü ilin yanvar ayında qoyulub. Layihənin kapital qoyuluşu 11 milyon, ümumi investisiya dəyəri isə 15 milyon manatdır. Sözügedən vəsait dövlət büdcəsinə əlavə yük yaratmadan, “AzerBlast” MMC-nin təsisçiləri tərəfindən təmin edilib. Zavodun Gəncə şəhərində inşa edilməsində məqsəd ölkəmizin əsas dağ-mədən sənaye mərkəzinə yaxınlıqda, həmçinin beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşməsidir.

İlkin mərhələdə 35 nəfərlik işçi heyəti ilə işə başlayacaq müəssisədə iş yerlərinin sayının 65 nəfərədək artırılması nəzərdə tutulub.

Zavodun  tam rejimdə fəaliyyətə başlaması ilə sənaye təyinatlı partlayıcı maddələrə tələbat yerli istehsal hesabına təmin ediləcək və idxaldan asılılıq aradan qaldırılacaq. Belə ki, fəaliyyətin ilkin mərhələsində zavod yerli tələbat və ixrac potensialı qiymətləndirilməklə illik 14000 ton ANFO  və H-ANFO  partlayıcı maddələrinin istehsalını həyata keçirəcək. Qarabağ və Şərqi Zəngəzurun dağ-mədən sənayesi üzrə mövcud potensialı, genişmiqyaslı tikinti layihələri, həmçinin geniş ixrac potensialı nəzərə alınaraq, növbəti mərhələdə zavodun illik istehsal həcminin - 31500 tona çatdırılması planlaşdırılır.

Zavodun istehsal xəttində Türkiyənin “HTD Kimya və Mühendislik A.Ş” şirkətinin texnoloji dizaynı, Almaniya, Böyük Britaniya və Türkiyə istehsalı olan avadanlıqlardan istifadə edilib, yerli və beynəlxalq qanunvericiliyin tələblərinə uyğun texniki təhlükəsizlik tam təmin olunub, istehsalatın yüksək ekoloji norma və standartlara cavab verən şəkildə təşkil edilib.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment