|
|
|
Banklar | | | Mərkəzi Bank tərəfindən “Banklarda ekoloji risklərin idarə edilməsi üzrə təlimat” sənədi təsdiq edilib |
26.07.2024 | |
| |
Mərkəzi Bank tərəfindən maliyyə sektorunun dayanıqlı maliyyəyə transformasiyasına yönəlmiş Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsinin (2023-2026) icrası tədbirləri davam etdirilir. Bu istiqamətdə həyata keçirilən növbəti təşəbbüslərdən biri iqlim və digər ekoloji risklərin bankların risk idarəetməsi sistemlərinə inteqrasiyası ilə bağlıdır. Bununla əlaqədar, Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin 11 iyul 2024-cü il tarixli qərarı ilə “Banklarda ekoloji risklərin idarə edilməsi üzrə təlimat” sənədi təsdiq edilib. Təlimat beynəlxalq standartlara, qabaqcıl beynəlxalq təcrübəyə və yerli bank sektorunun xüsusiyyətlərinə əsaslanaraq hazırlanıb. Təlimatın əsas məqsədi iqlim və digər ekoloji risklərin banklarda risklərin idarə edilməsi sisteminə inteqrasiyasını və həmin risklərə qarşı dayanıqlılığının artırılmasını təmin etməkdir.
Təlimat tövsiyə xarakterli olmaqla Mərkəzi Bankın dayanıqlı maliyyəyə keçid üzrə siyasətinin reallaşdırılmasına xidmət edəcək.
Banklarda ekoloji risklərin idarə edilməsi üzrə təlimat - https://uploads.cbar.az/assets/5f09c7eb48425851f452fa926.pdf
|
|
|
|