|
|
|
Digər xəbərlər | | | Mərkəzi Gömrük Hospitalında Çinin nüfuzlu MicroPort şirkətinin nümayəndələri ilə görüş keçirilib |
25.07.2024 | |
| |
25 iyul 2024-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının və MicroPort şirkətinin nümayəndələri arasında görüş keçirilib.
Tədbirdə Mərkəzi Gömrük Hospitalının rəisi – Baş həkim Bəxtiyar Musayev, Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq Dr.İlqar Tahiroğlu, invaziv kardioloq Şəhla Ağayeva və Çin Xalq Respublikasının ən böyük xəstəxanasının Kardiologiya kafedrasının müdiri Vanq Yan, Ph.D və MicroPort şirkətinin Beynəlxalq Biznes Departamentinin Baş meneceri Ema Huanq iştirak ediblər.
Çin Xalq Respublikasının nüfuzlu şirkətlərindən sayılan MicroPort şirkətinin nümayəndələri dünyada yeni tətbiq olunmağa başlayan TAVİ qapağının təqdimatı üçün Mərkəzi Gömrük Hospitalının TAVİ Mərkəzini seçdiklərini bildiriblər. Onlar Hospitalın Kardiologiya şöbəsində mərkəzin invaziv kardioloqları tərəfindən icra olunan TAVİ əməliyyatlarını paylaşmağı və yaxın vaxtlarda burada yeni TAVİ qapağının implantasiyası üçün əməliyyatlara başlamağı planlaşdırdıqlarını qeyd ediblər. Görüş çox maraqlı müzakirələrlə yadda qalıb.
(012) 404-08-08
Bakı, K.Kazımzadə, 118
|
|
|
|