1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalında Açıq qapı günü keçirilib
22.07.2024

Mərkəzi Gömrük Hospitalında Kardiologiya şöbəsinə Açıq qapı günü keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, dosent İlsamyıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi - baş həkim Bəxtiyar Musayev, Kardiologiya şöbəsinin rəisi Dr.İlqar Tahiroğlu, kardioloqlar Samir Mustafayev, Şəhla Ağayeva, şöbənin tibb heyəti, PR mütəxəssis Diları Zamanova,  media nümayəndələri və həkim-rezidentlər iştirak ediblər.

Tədbirin rəsmi açılış hissəsində Mərkəzi Gömrük Hospitalının rəisi - baş həkim Bəxtiyar Musayev ilk öncə media nümayəndələrini 22 iyul Milli Mətbuat Günü münasibətilə təbrik edib, Mərkəzi Gömrük Hospitalının fəaliyyəti, Kardiologiya şöbəsi barədə, eləcə də Azərbaycanda nadir icra olunan, lakin Mərkəzi Gömrük Hospitalında gündəlik cərrahi əməliyyatlar sırasına daxil olmuş kəsiksiz, qasıqdan girilərək ürəyin klapanı dəyişdirilənTAVİ  və digər əməliyyatlar barədə ətraflı məlumat verib. Baş həkim Bəxtiyar Musayev bildirib ki, bir neçə il əvvəl insanlara fantastik kimi görünən bu və digər əməliyyatlar hazırda Mərkəzi Gömrük Hospitalında ödənişsiz, İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi çərçivəsində icra olunur.

Prezident İlham Əliyevin milli səhiyyənin inkişafına böyük diqqət və önəm verdiyini vurğulayan Bəxtiyar Musayev bu sahənin modernləşdirilməsi, insan kapitalının inkişaf etdirilməsi və səhiyyə iqtisadiyyatının gücləndirilməsinin dövlətimiz üçün prioritet məsələlərdən biri olduğunu qeyd edib. Bəxtiyar Musayev bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də dövlət siyasətini dəstəkləyən Dövlət Gömrük Komitəsinin ayrılmaz bir hissəsi olan Hospitalın, davamlı şəkildə yenidənqurma işlərini apardığını, modernizasiya prinsipini əsas tutaraq müasir texnologiyaların istifadəsi ilə yeni tibbi xidmətlər tətbiq etdiyini və peşəkar kadrlar yetişdirdiyini qonaqların diqqətinə çatdırıb.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət idarəsinin rəis müavini İsmayıl Əfəndiyev bildirib ki, Mərkəzi Gömrük Hospitalının təşkilatçılığı ilə mütəmadi olaraq respublikanın bir çox regionlarında keçirilən tibbi-sosial aksiyalar, eləcə də Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət idarəsinin əməkdaşlıqla bağlı imzaldığı memorandumlar, memorandumlara əsasən həyata keçirilən tədbirlər barədə geniş danışıb.

Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlu Kardiologiya şöbəsinin fəaliyyətindən danışaraq, burada  hazırda qonşu ölkələrdə hələ də tətbiq olunmayan İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi çərçivəsində icra olunan TAVİ, EVAR, TEVAR və digər əməliyyatlar barədə ətraflı məlumat verib. İlqar Tahiroğlu qeyd edib ki, Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin kardioloqları tərəfindən  24 saat ərzində invaziv və qeyri-invaziv əməliyyatlar uğurla icra edilir. O, kardioloji və digər mürəkkəb əməliyyatların da  icrasının Xidmətlər Zərfi çərçivəsində xəstələr üçün əlçatanlığının təmin edilməsinə görə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, Səhiyyə Nazirliyinə, TƏBİB-ə və İcbari Tibbi Sığorta şirkətinə öz minnətdarlığını bildirib.

Daha sonra Dr.İlqar Tahiroğlu tədbir iştirakçılarını Kardiologiya şöbəsinin müayinə otaqları ilə tanış edib. Tədbir iştirakçıları Anju otağında 84 yaşlı pasiyentin üzərində icra edilən TAVİ əməliyyatını canlı olaraq izləyiblər. Dr.İlqar Tahiroğlu tərəfindən icra edilən əməliyyat zamanı heç bir kəsik aparılmadan döş qəfəsində ümumi anesteziya verilmədən ayaq damarından girilərək yeni aorta klapanı yerləşdirilib. Sonra Kardiologiya şöbəsinin kardioloqu Ləman Eyvazlı  xəstəni transezofagial EXO vasitəsilə müayinə edərək qoyulmuş yeni qapağın bütün strukturunun və digər qapaqların dəyərləndirilməsini aparıb. Əməliyyat uğurla başa çatıb.

Hospitalın kardiologiya şöbəsində keçirilən Açıq qapı gününün məqsədi media nümayəndələrinə, həkim rezidentlərə bu tibb müəssisəsinin fəaliyyəti, həkimlərin həyata keçirdiyi prosedurlar, müalicə üsulları, onların icra etdikləri cərrahi əməliyyatlar haqqında məlumat verməklə yanaşı, onlarla daha yaxından ünsiyyət qurmaq imkanıdır. Tədbir kollektiv xatirə şəklinin çəkilməsi ilə başa çatıb.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment