1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


ASA tərəfindən təşkil olunmuş yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı
19.07.2024

Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən jurnalistlər arasında təşkil olunmuş növbəti yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

ASA-dan verilən məlumata görə, “Risklərin təminat altına alınmasında həyat sığortalarının rolu” mövzusunda təşkil olunmuş bu yazı müsabiqəsində I, II və III yerlər üzrə qaliblərə xüsusi plaket və pul mükafatları, müsabiqədə iştirak edən digər 3 jurnalistə isə sertifikat və qiymətli hədiyyələr təqdim olunub.

Yazı müsabiqəsində 1-ci yerə “ENA.az” xəbər portalının baş redaktoru İlhamə Abdullayeva, 2-ci yerə “Report” İnformasiya Agentliyinin baş redaktor müavini İlahə Məmmədli, 3-cü yerə isə “AZƏRTAC” - Azərbaycan Dövlət İnformasiya Agentliyinidən aparıcı müxbiri Samirə Quliyeva layiq görülüb. "Banco.az" xəbər portalının reportyoru Gülnar Əhmədli, "Vergilər" qəzetinin II dərəcəli müxbiri Fərqanə Sədirova və "GDP.az" xəbər portalının redaktoru Aynur Qəniyeva sertifikat və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, bu yazı müsabiqəsi Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısı alınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum çərçivəsində təşkil olunmuşdu. Müsabiqənin başlıca məqsədi ölkəmizdə sığorta savadlılığının artırılmasına, cəmiyyətdə sığortaya marağ ınformalaşdırılmasına, habelə jurnalistlərin sığorta sahəsində də ixtisaslaşmasına töhfə verməkdən ibarətdir.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment