1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Yerli bizneslər ESG və “yaşıl gündəliyə” hazır olmaq üçün nə etməlidir?
16.07.2024

Bu material “Ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin tətbiqinin stimullaşdırılması və təşviqi üzrə 2024-cü il üzrə Yol Xəritəsi”nin 8-ci bəndi üzrə maraqlı tərəflərin məlumatlandırılması məqsədilə hazırlanıb. 

Yerli bizneslər ESG və “yaşıl gündəliyə” hazır olmaq üçün nə etməlidir?

ESG,yəni “ətraf mühiti, sosial və idarəetmə” dünya miqyasında 1970-ci illərin sonlarından ABŞ və Avropa ölkələrində inkişaf edən və tanınan konsepsiyadır. ESGkonsepsiyası bir şirkətin ətraf mühitə və cəmiyyətə təsirini ölçmək üçün istifadə olunan etalonlar toplusunu ifadə edir və illər ərzində bizneslərin investisiya qərarlarının qəbul edilməsində vacib rol oynayır. ESG anlayışı ilk dəfə Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişi (UN Global Compact) tərəfindən 2004-cü ildə dərc olunmuş “Who Cares Wins” adlı hesabatında təqdim edilib vəbununla da ESG termini ilk dəfə geniş yayılıb və rəsmiləşdirilib. Hesabatda ESG amillərinin bir şirkətin fəaliyyətinə necə inteqrasiya ediləcəyi təsvir olunub və konsepsiyanın üç əsas komponentə - ətraf mühit, sosial və idarəetməyə (və ya korporativ idarəetməyə) bölündüyü izah olunub. 

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı və ya COP-un iştirakçılarının dövlətlər olmasına baxmayaraq, konfransın məqsədlərinə nail olmaq üçün əsas hədəf məhz bu dövlətlərin biznes dairələridir. Bu baxımdan COP29 eynizamanda Azərbaycanın biznes sektoru üçün ESG fəaliyyətinə başlamaqda“ev tapşırığı” rolunu oynayır. Bu kontekstdə istər konfransın, istərsə də dövlətin “yaşıl gündəlik” məqsədlərinə çatmaq üçün artıq indidən dövlət və biznes arasında operativ və səmərəli sinerjinin qurulmasızəruridir. 

Yerli bizneslərin ümumdünya və milli dayanıqlı məqsədlərə çatmasında ESG prinsiplərinin, yəni ətraf mühitə məsuliyyətli münasibətin, böyük sosial məsuliyyətin, yüksək korporativ idarəetmə və biznes-etika, eyni zamandaişgüzar mədəniyyətə hədəflənən fəaliyyətin rolu böyükdür. Çünki məhz bizneslər “cəmiyyət, biznes və dövlət” üçlüyünün özəyidir, bizneslər dövlətin siyasətini tətbiq edən və daxildə müvafiq alətlər yaradan real subyektlərdir.  

Yerli bizneslər öz fəaliyyətlərinin dayanıqlı inkişaf və “yaşıl gündəlik” məqsədləri naminəən azından növbəti beş il üçün aydın baxışla çıxış etməyə hazır olmalı və öz prioritetlərini dəqiq müəyyən etməlidirlər.Bunun üçün artıq bu gün yerli şirkətlər qlobal dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün: (i) ilk növbədə öz bizneslərinin ESG diaqnostikasını və auditini aparmağa; (ii) öz bizneslərinin dayanıqlı inkişafa yönəlmiş fəaliyyətin aparılmasına dair ESG strategiyasını və məqsədlərini müəyyən etməyə; (iii) daxili qaydalar və siyasətlər toplusunu hazırlamağa; (iv) ESG baxışlarının tətbiqi üçün ESG yol xəritələrini tərtib etməyə və (v) ESG hesabatlılıq sistemini yaratmağa və aparmağa hazır olmalıdırlar.  

Biznesin ESG prinsiplərinə uyğunluğu birbaşa onun maliyyə vəziyyətinə və investisiya cəlbediciliyinə təsir edir, biznesə yeni imkanlar və üstünlüklər, yəni aşağıdakı mühüm “sosial dividendlər” almağa imkan verir:

- şirkətə etibarın artması - istər investorlar, istərsə də müştərilər bazarda məsuliyyətli və dayanıqlı brendlərlə əməkdaşlıq etmək niyyətindədirlər;

- uzunmüddətli perspektivdə istehsal xərclərinin azaldılması - bu təkcə şirkətin maliyyə vəziyyətinin deyil, həm də qlobal iqtisadiyyatın əhəmiyyətli dərəcədə yaşıllaşdırılması və sağlamlaşdırılması deməkdir;

- rəqiblərdən öndə olma - daha çox investorları və müştəriləri cəlb etmək, şirkətin brendinin və nüfuzunun gücləndirməsi;

- şirkətin ESG prinsiplərinə sadiqliyi birbaşa onun investisiya cəlbediciliyinə təsir edir. Belə ki, ekspertlərin fikrincə bu gün dünyada 80 trilyon dollardan çox investisiyaların verilməsində bu və ya digər şəkildə ESG amilləri nəzərə alınır və artıq bugünkü investorlar yüksək ESG reytinqi olmayan aktivlərə investisiya qoymamaq niyyətlərini açıq bəyan edirlər.

Qeyd: Azərbaycanda ESG-nin geniş təşviqi, bu istiqamətdə dövlət və özəl sektorun səylərinin birləşdirilməsi və konseptual baxışın formalaşdırılaraq həyata keçirilməsinin təmin edilməsi məqsədilə 30 sentyabr 2022-ci il tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun “Ekoloji, sosial və korporativ idarəetmə standartları” üzrə altqrupu yaradılıb. Altqrupa Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) rəhbərlik edir. Altqrupun tərkibinə dövlət, özəl və ictimai sektoru təmsil edən 20-yə yaxın qurum və təşkilatın nümayəndələri daxildir. 


Leyla Sadıxova

“PWC Azərbaycan” şirkətinin Hüquq, dayanaqlılıq və ESG üzrə Baş meneceri, Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə altqrupun üzvü


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment