1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Yelo Bank-ın əsas maliyyə göstəricilərində pozitiv tendensiya davam edir!
15.07.2024

Yelo Bank 2024-cü ilin ikinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Bank bu yarımil ərzində əsas maliyyə göstəriciləri üzrə müsbət tendensiyanı davam etdirib. Hesabata görə Yelo Bank cari ilin ilk 6 ayı ərzində 26 mln manat xalis mənfəət əldə edib. Digər göstəricilərə nəzər salaq:


- İlin əvvəlindən ümumi kredit portfeli 83 mln manat (11%) artıb. Rübün sonuna ümumi kredit portfelinin həcmi 846,7 mln manat təşkil edib. Qeyd etmək lazımdır ki, verilən kreditlərin əsas hissəsi Yelo Bank üçün prioritet istiqamətlərdən olan real sektorun maliyyələşdirilməsinə yönəldilib. 


- 2024-cü ilin ilk 6 ayı ərzində 11 mindən çox müştəriyə 221 mln manata yaxın biznes krediti verilib. Nəticədə biznes kredit portfeli ötən ilin sonu ilə müqayisədə 47 mln (10%-dək), analoji dövr ilə müqayisədə isə 86 mln manat (19%-dən çox) artaraq 529,7 mln manat olub.


- Eyni müddət ərzində 14 mindən çox müştəriyə 159 mln manatdan çox istehlak krediti ayrılıb. Bunun nəticəsində istehlak kredit portfeli də böyüyərək 317 mln manat olub. Bu da ötən ilin sonu ilə müqayisədə 36 mln manat (13%), analoji dövr ilə müqayisədə isə 77 mln manat (32%) artım deməkdir. Bu satışların 38%-i, eləcə də portfel artımının 52%-i onlayn kanallar vasitəsilə həyata keçirilib.


- Cari ilin iyunun sonuna əmanət portfeli 807,7 mln manat təşkil edib. Dövr üzrə fiziki şəxslərin əmanət portfeli 60,7 mln manat artıb, bu da Yelo Bank-a olan inam və etibarın göstəricisidir.


- Bankın faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 23 mln manatdan çox (44%) artımla 75,8 mln manat təşkil edib. Qeyri-faiz gəlirləri isə 3 dəfədən çox artaraq 19 mln manatı keçib. 


- Hesabat dövrünə Bank-ın məcmu kapitalı 130 mln manatı ötüb. Bu da requlyativ tələbdən 80 mln manat çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 13,09%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 8,02% olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı üstələyir. Bankın cəmi aktivləri isə hesabat dövrünün sonuna 1 mlrd 124 mln manat təşkil edib.

Yelo Bank-ın İdarə Heyətinin sədri Anar Həsənov 2-ci rübün sonuna olan maliyyə nəticələrini belə şərh edib: “Əsas maliyyə göstəricilərimizdəki yüksək artım dinamikası həyata keçirdiyimiz yeni inkişaf strategiyasından qaynaqlanır. Bankımız maliyyə tərəfdaşı kimi real sektoru fəal şəkildə dəstəkləməyə və ümumilikdə Azərbaycan iqtisadiyyatının inkişafına öz töhfəsini verməyə davam edir. İlin yarısını müsbət nəticələrlə geridə qoyduq. 2024-cü ilin sonunadək Bakı və ətraf qəsəbələrdə, eləcə də Şamaxıda bir neçə yeni rəqəmsal filial istifadəyə verəcəyik. Bununla yanaşı rəqəmsal xidmətlərimizi təkmilləşdirərək, innovativ və müştərilərin gündəlik həyatını rahatlaşdıracaq bankçılıq həlləri təqdim edəcəyik. İlsonunadək bu strategiyanı davam etdirərək cari ili daha böyük və parlaq uğurlarla yekunlaşdıracağımıza əminəm".

Bank xidmətləri (https://www.yelo.az/az/individuals/loans/)ilə maraqlanırsınız?O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment