1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Finance Time Şirkətinin Milli mətbuat və Jurnalistika gününə həsr etdiyi məqalə
12.07.2024

22 iyul – Azərbaycanda Milli mətbuat və Jurnalistika günü kimi qeyd edilir

Bununla bağlı Mediada çalışan dostlar haqda qisaca da olsa Finance Time Şirkətinin hazırladığı məqaləni nəzərinizə çatdırırıq.

Arzu Dəstibəyova - Finance Time


Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. Xətai rayonu 17 saylı məktəbdə çalışıb, daha sonra isə, yerli İnformasiya Portalların birində PR menecer, sonradan isə direktor kimi çalışıb. 2011 –ci ildə Həyat yoldaşı ilə birlikdə Finance Time şirkətini yaradıb. Şirkət ətrafındakı bütün vacib və maraqlı maliyyə xəbərləri - yenilikləri haqqında məlumat verir. Ölkədə keçirilən bir çox vacib forum və sammitlərin media dəstəkçisi kimi çıxış edir. nüfuzlu şirkətlərlə çalışır,həm yerli, həm də xarici xəbərləri işıqlandırır. Dəfələrlə münsiflər heyətinin üzvü kimi iştirak edib, sertifikat, diplomlar və təşəkkürnamələr ilə təltif olunub. Hazırda yeni və çox uğurlu layihəsi olan “Uğur hekayəsi” üzərində çalışır. Ən sevdiyi xüsusiyyətlər, həm özündə həm ətrafdakılarda  - səmimiyyət, məsuliyyət, mədəniyyət, inkişafa doğru getməkdir.


Aynur Qəniyeva - GDP.AZ


Özünü dərk edən vaxtdan jurnalist olmaq bütün həyatının arzusu idi.Demək olar ki, bütün jurnalist dostları kimi də bağçada və məktəbdə fəal uşaq,məktəbin ən yaxşı inşa,imla yazan şagirdlərindən biri idi. Məktəbli olduğu müddətdə və tələbəlik dövründə heç vaxt çəkinmədən fikirlərini səsləndirərək baş verənlər barədə öz mövqeyini ifadə edən, çox vaxt isə ehtiraz edən yeganə tələbələrdən biri olub.Ona görə müəllimlərin, dekanın eyni zamanda unvesitet rəhbərliyi də onun fikirlərini dinləyirdi və inatkarlığı ilə tələbə yoldaşlarının və özünün xeyrinə müəyyən dəyişikliklərə nail olurdu. Unversitetə daxil olduğu ilk ildə «İlhamla İrəli» hərəkatının ilk üzvlərindən biri olub uzun müddət ictimai fəal gənc olmağa çalışıb. Ölkədə ilk «Gənclər Parlamenti»nin üzvü İdarə heyətinin sədri vəzifəsində işləyib.Lider televizyasında əmək fəaliyyətinə başlayıb. Karyera yolu ölkədə fəaliyyət göstərən müxtəlif televizyalardan və informasiya agentliklərindən keçib.  Son 6 ildə daha çox iqtisadiyyat sahəsində ixtisaslaşmağa səy göstərir. İqtisadi mövzuda müxtəlif məqalələrin,video kontentlərin və podkastların müəllifidir. Hazırda təsis edib, rəhbərlik etdiyi GDP.AZ saytının baş redaktorudur. 

Şeir yazır,Çanaqqala şəhidləri və Xocalıda əsir düşmüş qadınlarla, bağlı sənədli filmlərin ssenari müəllifidir.Yazmaq ona həyatına zövq qatan, sevdiyi məşğuliyyətidir. Kiçik yaşlarından romanlar,şeir kitabları,müxtəlif məlumatlandırıcı mətnləri, son dövlərdə isə iqtisadi mövzulu kitabları oxumaqdan xüsusi zövq alır. Peşəkar formada rəsm çəkmək bacarıqlarını inkişaf etdirməyə çalışır. 


Cəmilə Ələkbərova - Media.az


2012-ci ildə Bakı Slavyan Universitetinin (BSU) Jurnalistika və Azərbaycan filologiyası fakültəsini bitirib. 2008-ci ildə, birinci kursda oxuyanda universitetin “Tələbə dünyası” qəzetində fəaliyyət göstərib, çox yazıb və o zaman da anladı ki, mütləq bu sahədə çalışacağ. İkinci kursun əvvəlindən “Exo” ictimai-siyasi qəzetində işləməyə başladı. Frilanser işi təklif etdilər. Hətta orada dərc olunan ilk məqalinin adı da yadındadır - “Rahatlıq mağazası”, onun necə göründüyünü xatırlayır. Ümumiyyətlə, səhərlər qəzet səhifəsində adını görəndə keçirdiyin hissi sözlə ifadə etmək mümkün deyil. Bu, onun üçün bir işarə idi ki, öz peşəni tapıb. Eyni zamanda Rusiyanın “Vestnik Kavkaza” saytında, “Nargis” jurnalının saytında, “Business Time” iqtisadi jurnalında və bir çox başqa nəşrlərdə frilanser kimi çalışıb. 2018-ci ildə "Global Media Group”a daxil olan Media.az informasiya portalında jurnalist kimi işə dəvət aldı. 2022-ci ildə bu saytın baş redaktoru oldu və bu ilin əvvəlindən direktor vəzifəsini də icra edir. 15 ildir ki jurnalistikadadır. Peşəsini çox sevir, onu seçdiyinə bir gün də peşman olmayıb. Jurnalistika sadəcə bir iş deyil - böyük məsuliyyətdir. Ümid edir ki, Azərbaycanda jurnalistikanın inkişafı davam edəcək. 


Elnur Hüseynquluyev - FED.AZ


İqtisadiyyatın tənzimlənməsi ixtisası üzrə bakalavr və magistr dərəcəsi (Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) alıb. Niderland Marketinq Universitetinin NIMA -A proqramının məzunudur. Rəqəmsal marketinq və ictimaiyyətlə əlaqələr üzrə dünyanın bir ölkəsində təşkil edilən seminar və təlimlərdə iştirak edib. İŞ TƏCRÜBƏSİ: - Qafqazda ən böyük layihələrdən olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri (BTC) və Cənubi Qafqaz Boru Kəməri (SCP) layihələrinin icraçı şirkəti olan CCIC şirkətində (2003-2005) keyfiyyətə nəzarət üzrə inspektor köməkçisi; - Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən İctimai Səhiyyə və İslahatlar Mərkəzində (2008) media mütəxəssis; - APA informasiya agentliyində (2006-2012) maliyyə müxbiri; - “PAŞA Holding”in törəmə təşkilatı olan “PAŞA Həyat Sığorta” şirkətində (2012-2017) icimaiyyətlə əlaqələr üzrə menecer; - “Qala Həyat” və “Qala Sığorta” şirkətinin (2018-2021) ictimaiyyətlə əlaqələr üzrə meneceri; - “Azərsığorta” Dövlət Sığorta Şirkətinin (2022-2023) mətbuat katibi; - 2017-ci idən ölkənin aparıcı biznes saytlarından olan FED.AZ xəbər portalının təsisçisi və baş redaktorudur. Evlidir, iki övladı var.


Əzizə İsmayılova – Oxu.az


2000-ci ildə Bakı Slavyan Universitetinin "Regionşünaslıq və tərcümə" fakültəsində tərcüməçi ixtisası üzrə təhsil alıb. 2006-cı ildə magistraturanı, 2009-cu ildə isə aspiranturanı bitirib. Universitetdə oxuduğu illərdə universitet qəzetləri olsun "Tələbə dünyası" qəzetində yazıları çap olunsa da, sonradan orada ədəbi işçi kimi işləsə də, bir gün jurnalist olacağı ağlına belə gətirməyib. Jurnalistikaya gəlişi tam təsadüf nəticəsində olub. 2008-ci ildə, yanlış düşən bit telefon zəngi nəticəsində yolu "ANS ÇM" radiosuna düşdü. Xəbər aparıcısı kimi işləməli oldu. 2009-cu ildən isə o vaxtkı "Radio Antenn 101FM"də işləməyə başladı. Beləcə, 14 il radioaparıcı işlədi. Hazırda oxu.az saytında çalışır. Saytda işləmək təcrübəsi çox yenidir - cəmi 6 ay, amma nə yaxşı ki, bu seçim də həyatında yer alıb. Sosial şəbəkələrdə də aktiv biridir. İstər şəxsi fikirlərini, istərsə də məlumatları onu izləyən insanlarla bölüşməyi sevir. 


Gülnarə ƏMİRQIZI (Məmmədova ) - Hit.az


BDU-nun kitabxanaçılıq fakültəsini bitirib.Jurnalistlik fəaliyyətinə 1999- cu ildə Jurnalistlər Birliyində başlayıb. Artıq 23 ildir ki, mətbuat sahəsində çalışır. Jurnalist fəaliyyətinə, 2000 -2003-cü illərdə Lider TV də , "Bizim Əsr" qəzetində sosiaıl iqtisadi yazar kmi başlayıb. 2003-cü ildən "Bizim Yol" qəzeti ilə ştatdankənar əməkdaşlıq edib, 2007-ci illərdə isə qəzetin daimi əməkdaşlığına keçib. 2003-2021- ci illər fəaliyyəti dövründə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun, eləcə də, ayrı-ayrı dövlət qurumlarının və özəl şirkətlərin keçirdiyi yazı müsabiqələrində fəal iştirak edib, qalib və həvəsləndirici mükafatlara layiq görülüb. Yerli və xarici şirkətlərin, beynəlxalq təşkilatların xəttilə keçirilən çoxsaylı təlim və trenniqlərdə sertifikatlar qazanıb. Türkiyə, Misir, Gürcüstan və Ukraynada yaradıcılıq ezamiyyətlərində olub. Azərbaycanda keçirilən beynəlxalq idman yarışlarının, sərgilərin və konfransların işıqlandırılmasında fəal iştirak edib. Xüsusilə, müxtəlif illərdə siyasət, biznes, idman, turizm və mədəniyyət sahələrinə dair xəbərlər və yazılar hazırlayıb. 2003-2021 -ci ilə kimi "Bizim Yol" qəzetində sosial iqtisadi yazar, həmçinin, qəzetin Reklam Direktoru vəzifəsini icra edib. 2021- ci ildə "Bizim Yol" un Milli Məclisdə parlament müxbiri kimi çalışıb.

2020 -ci il, iyulun 22 də Prezident İlham Əliyev Milli Mətbuatın 145 illiyi münasibətilə bir qrup media işçisini orden, medal, fəxri ad və diplimlarla təltif edib. Təltif olunanlar arasında Gülnarə Əmir qızı Məmmədova da "Tərəqqi" medalına layiq görülüb. 2021- ci ildən isə tanınmış media orqanı olan Qaynarinfo.az saytında müxbir, PR direktoru vəzifəsində fəaliyyət göstərir. Gülnarə ƏMİRQIZI həmçinin 2018- ci ildə yaradılmış GMMEDİA MMC -nin Direktoru vəzifəsindədir.

Onun nəzdində yaradılmış, 2023 cü ilin aprelindən Hit.az saytının təsisçisi , baş redaktorudur. Sayt Media İnkişaf Agentliyinin Reyestrindən rəsmi qaydada keçib. Jurnalistin açıqlamasına görə o öz peşəsini çox sevir. Məktəb illərində hər il radioda özü sərbəst yazlar yazaraq, çıxışlar edib.

Həyatda xobbim isə bacardlqca öz ölkəmizi, dünyanı qarış -qarış gəzməkdir". 


İlahə Məmmədli  - “REPORT İnformasiya Agentliyi” 


“REPORT İnformasiya Agentliyi” MMC-nin Baş redaktorunun müavini İlahə Məmmədli iqtisadi jurnalistika sahəsində 26 illik zəngin təcrübəyə malikdir. O, karyerası ərzində "Şərq" agentliyi (sıravi jurnalistdən İqtisadi departament rəhbərinədək), "Vergilər" qəzeti, “Trend” İnformasiya agentliyi (İqtisadi departament rəhbərindən baş redaktoradək yüksəlmiş) kimi tanınmış nəşrlərdə işləmiş, həmçinin "Region+", "Banklar və Biznes", "Business Time" kimi aparıcı iqtisadi jurnallarla, "Azərbaycanskiye İzvestiya" və "Yejednevnıye Novosti" qəzetləri ilə əməkdaşlıq edib. İlahənin jurnalistikaya gəlişi bir qədər qeyri-ənənəvi olub. Jurnalist olmamışdan əvvəl o, "mühəndis-texnik proqramçı" və "maliyyə" ixtisasları üzrə iki təhsil almış, həmçinin tibb müəssisələrindən birində baş həkimin iqtisadi məsələlər üzrə müavini vəzifəsində çalışmışdır. Texniki biliklərin, maliyyə savadlılığının və tibb sahəsində iş təcrübəsinin unikal birləşməsi İlahənin jurnalistika sahəsində uğurlu karyerası üçün möhkəm təməl olmuşdur. İlahə jurnalistikanın cəmiyyətin inkişafında çox mühüm rol oynadığına dərindən inanır. O, öz missiyasını təkcə insanları ən vacib iqtisadi hadisələr barədə məlumatlandırmaqda deyil, həm də bu hadisələrin müzakirəsini stimullaşdırmaqda, təhlil və həll yollarının axtarışına sövq etməkdə görür. İlahənin çoxillik təcrübəsi və peşəkarlığı ona insanlara mürəkkəb iqtisadi prosesləri daha yaxşı başa düşməyə və həyatlarında daha şüurlu qərarlar qəbul etməyə kömək edən dərin, analitik materiallar yaratmağa imkan verir. Azərbaycan jurnalistikasında gənc peşəkarların yetişməsində böyük əməyi olan İlahə həm də ölkədə yerli və beynəlxalq qurumların görüşlərində iştirak edir, dövlət rəsmiləri ilə, mütəxəssislərlə iqtisadi sahələr üzrə fikir mübadiləsi aparır. Bu görüşlərin nəticələrinə uyğun olaraq isə yerli və xarici oxucular üçün iqtisadi savadlılığı artıran, iqtisadi sahədə mühüm yenilikləri diqqətə çatdıran informasiyalar hazırlanır.

Nailə Balayeva - Reuters


Bakı Dövlət universitetinin jurnslistika fakültəsinin məzunudur. 1990-cı ildən jurnalistika ilə məşguldur. Jurnalist fəaliyyətində Nəcəf Nəcəfovun yaratdığı "Azadlıq" qəzetindən başlayıb. Daha sonra Turan Xəbər Agentliyində və BBC ümumdünya xidmətində çalışıb. Hazırda Reuters Xəbər Agentliyinin Azərbaycanda müxbiri və Anews.az xəbər agentliyinin təsisçisidir.

Özünü müstəqil jurnalist hesab edir. Ən böyük arzusu dünyanın aparıcı medialarında azərbaycanlı gəncləri görməkdir.

Nailə x.dediklərindən :”Təəssüf ki, Azərbaycanda media qütbləşib. Bir qrup media ölkədə hər şeyi gözəl görür və ancaq tərifləyir. O biri qrup hər şeyi pis görür və tənqid edir. Amma media mövcüd durumu əks etdirməli və pis nə isə varsa "onu necə yığışdıraq və nə edək ki, bu problem bir də olmasın" strategiyası əsasında işləməlidir.”

Nigar Abbasova - APA Economics


2000-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olub. 2003-cü ildən bu günə kimi, 21 ildir müxtəlif media qurumlarında (Ekspress qəzeti, APA, Lent.az, Qafqazinfo, Asan Radio, APA-Economics) jurnalist və reklam meneceri kimi çalışıb. Hazırda APA-Economics-in redaktoru kimi fəaliyyətimi davam etdirir. Eyni zamanda, NAB Media Reklam Agentliyinin təsisçisi və direktorudur. Saytlarda və sosial medialarda ölkənin tanınmış şirkətlərinin reklam yayımı üzrə rəsmi tərəfdaşıdır. Təhsilini İstanbul Universiteti İşletme fakültəsində davam etdirib və Biznesin İdarə Edilməsi (MBA) ixtisası üzrə məzunudur.

Orxan Kərimov - Dövlət Toxum Fondu


 Mətbuata olan həvəsi də məhz atası Elxan Kərimovun uzun müddət media sahəsində fəaliyyət göstərməsi olub. Əmək fəaliyyətinə 2006-cı ildə başlayıb. 2007-2010-cü illərdə "Media Consulting and Services" şirkətində aparıcı mütəxəssis kimi fəaliyyət göstərib. 2010-2018-cü illər ərzində SalamNews İnformasiya Agentliyində redaktor vəzifəsində işləyib. 2019-2020-ci illərdə Baku.News xəbər portalının Baş Redaktoru vəzifəsində işləyib. 2020-2021-ci illərdə Visiontv.az xəbər portalında redaktor vəzifəsində çalışıb. 2021-ci ilin fevral ayından Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun mətbuat katibi vəzifəsində çalışır. Ali təhsillidir, evlidir, 1 övladı var.


Səbinə Səmidxan (Muradova)  - İnsider.az


 20 illik əmək fəaliyyəti ərzində Elm, Turizm, Media və PR sahələrində təcrübə qazanıb, hazırda İnsider.az saytının redaktorudur. Bakı Slavyan Universitetində magistr dərəcəsi alıb. Bununla yanaşı Moscow Business School -da “İctimaiyyətlə əlaqələrin və PR-ın idarəedilməsi” bölməsində təhsil alıb. Oxu.Az, Gün.az, Milli.az, İnsider.az və “Business Time” kimi media resurslarında 300-dən çox məqalə, tərcümə materialları və reportajları dərc edilib. Türkiyədə QafqazTV üçün hazırlanan verilişin layihə rəhbəri olub. “AZSIĞORTA“, “AFB” Bank, “Avromed”, ASA kimi şirkətlərin daxili və xarici kommunikasiya fəaliyyətlərinin hazırlanması və həyata keçirilməsində, «AZERCELL Telekom» Rebrendinqi Daxili Kommunikasiya fəaliyyətlərinin icra olunmasında iştirak edib. AR Milli Məclisinin deputatı Səməd Seyidovun mətbuatla iş üzrə köməkçisi vəzifəsində çalışıb. Azərbaycan, Rus və Türk dillərini bilir.


Zakir Rəhimli - “Səs” Media qrupu 


Səs Media qrupunun əməkdaşıdır 20 ildir ki , media reklam sahəsində şöbə müdiri vəifəsində çalışır.

Mətbuatda çalışdığı illər ərzində nə qədər çətin yollarla getsə də bir o qədər müdrikləşib , öz yolunu ayarladı və bu peşəyə bağlandı . Mətbuat onun üçün həyatdır və doğma bir peşə sayır. Bu peşədə olduqça çoxlu dostlar qazanıb və xoşbəxt ki, qalib ölkənin mətbuat nümayəndəsidir. Onun sözlərinə görə, o xoşbəxtdir ki, bu sahədə tək özü üçün işləməyib , çalışıb problemi olan insanlara təmənnasız dəstək olsun. Ən çox sevdiyim hobbi intelekt oyunlarına baxmaq və iştirak etməkdir. Elektron kitabları oxumağı çox sevir . Təbiətdə olmaq , ailə üzvləri ilə səyahət etmək , aktiv istirahətə üstünlük verir.


Yeganə Məmmədova - “İqtisadiyyat” qəzeti


 Bakıda Tibb İşçiləri Evində fortepiano üzrə 10 illik kursu bitirib. Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsini bitirdikdən sonra 3 il Azərkonsert İB-də Musiqi redaksiyasında işləyib. 1984-1992-ci illərdə AMEA Mərkəzi Elmi Kitabxanasında bölmə müdiri kimi çalışıb. 2000-ci ildən “İqtisadiyyat” qəzetində əvvəlcə müxbir, 2010-cu ildən Baş redaktorun müavini vəzifəsində çalışıb. 2021-ci ildən Finansist jurnalında redaktor kimi də fəaliyyət göstərir. Hobbi -  musiqidir. Həm dinləmək, həm ifa etmək. Həzm edə bilmədiyi isə savadsız yazıları görməkdir. Bu səbəbdən sosial şəbəkələrdə postları və şərhləri oxumur)). Həyatda şüarı: Ən rahat yastıq təmiz vicdandır. Və buna görə də, gecələri rahat yata bilir)).


Ülviyyə Quliyeva - frame.az


Təhsili tibb olsa da, insanlarla səmimi münasibət, xoş ünsiyyət qurmaq qabiliyyəti önə keçdi. On il əvvəl öz media saytını açdı..Xobbi isə təbiətdir..Köhnə, atılmış gülləri, qırılmış budaqları restavrasiya edib təbiətə yenidən qazandırır. İnsan ruhu təbiətlə sıx bağlıdır..Onu hiss etmək böyük xoşbəxtlikdir..

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment