Bursa Ticarət və Sənaye Palatasının nümayəndələri ilə görüş keçirilib
Görüşdə biznes və investisiya sahələrində əməkdaşlıq, yerli KOB-larla əlaqələrin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Ölkəmizdə səfərdə olan Türkiyənin Bursa Ticarət və Sənaye Palatasının nümayəndə heyəti və qida sektorunda fəaliyyət göstərən iş adamları ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) görüş keçirilib.
Görüşdə Azərbaycan və Türkiyə, o cümlədən Bursa iş adamları arasında əməkdaşlıq, birgə layihələrin reallaşdırılmasına hər iki qurumun dəstəyi, təcrübə mübadiləsi, qarşılıqlı investisiya qoyuluşunda KOB-ların rolunun artırılması və biznes missiyaların təşkili müzakirə edilib.
Həmçinin görüşdə KOB-ların xarici ticarət fəaliyyətinin genişləndirilməsi, Bursa və yerli iş adamları arasında ticarət əlaqələrinin artırılması və qida sektorunda fəaliyyət göstərən sahibkarlar arasında ixrac əməliyyatlarının genişləndirilməsinin təşviqinə dair fikir mübadiləsi aparılıb.