|
|
|
Digər xəbərlər | | | ABA və Beynəlxalq Merçant Bankının rəhbərliyi arasında onlayn görüş keçirilmişdir |
13.06.2024 | |
| |
10 iyun 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu”nun üzvləri və Beynəlxalq Merçant Bankının (International Merchant Bank Limited) rəhbərliyi arasında onlayn görüş keçirilmişdir.
Görüş zamanı Azərbaycan banklarının Beynəlxalq Merçant Bankında ABŞ dollarında müxbir hesabın açılması imkanları ətrafında müzakirələr aparılmışdır.
Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.
|
|
|
|