1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank və Qırmızı Ürəklər Fondu Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər təşkil edib
31.05.2024

Məlumat verdiyimiz kimi Kapital Bank korporativ sosial məsuliyyət istiqamatinə  uyğun olaraq Qırmızı Ürəklər (Red Hearts) Fondu ilə birgə“Hər şey mümkündür!” adlı sosial layihə həyata keçirir. 2021-ci ildən etibarən mütəmadi olaraq keçirilən layihənin əsas məqsədi Daun və autizm sindromlu, eləcə də əlilliyi olan uşaqların cəmiyyətdə aktiv iştirakının təmin edilməsi,onların həyat keyfiyyətinin yüksəldilməsi, inklüzivlik, bərabərlik, müyəssərlik meyarlarının artırılmasıdır.  

Layihənin davamı olaraq Daun və autizm sindromlu, eləcə də əlilliyi olan uşaqların incəsənətə marağını, bu sahənin onların səhəttinə müsbət təsirini nəzərə alaraq 1-iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüərəfəsində “Eko çanta üzərində rəsm”, “Akril boya ilə kətan üzərində rəsm", “Keramika” master-klasları həyata keçirilib.

Cəmiyyətdə sosial dəstəyə ehtiyacı olan şəxslər tərəfindən böyük maraqla qarşılanan “Hər şey mümkündür!” layihəsi artıq beynəlxalq səviyyədə bir neçə uğur qazanıb. Belə ki, layihə “Felis Mükafatları” çərçivəsində 11 noyabr 2022-ci il tarixində İstanbul şəhərində keçirilən ənənəvi “Brand Week” tədbirində “Ən yaxşı reklam kampaniyası” və “Ən yaxşı film” nominasiyasında qızıl mükafata layiq görülüb. 2021-ci ildə Ukraynada keçirilən “Kyiv International Advertising Festival”da isə layihə iki nominasiya üzrə bürünc medal qazanıb. 

Eyni zamanda Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində sosial dəstəyə ehtiyacı olan uşaqlara sevinc bəxş etmək üçünQırmızı Ürəklər Fondu “İnkişafa Doğru” İmkansız Ailələrə Sosial Yardım və Hüquqi Maarifləndirmə İctimai Birliyi ilə birgə “Ramazan xeyriyyə yarmarkası” keçirib. Yarmarkadan toplanan ianələr hesabına Bilgəh qəsəbəsindəki 11 saylı İnteqrasiya təlimli internat məktəbinə gigiyenik, təmizlik və geyim vasitələri alınıb. Bununla yanaşı Sumqayıt şəhərində yaşayan 16 yaşa qədər olan 109 şəhid övladına “Əli və Nino” kitab mağazaları şəbəkəsindən hədiyyə kartları təqdim edilib.

Qeyd edək ki, “RedHearts”-Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək, həmçinin “Cəmiyyət” bölməsinə daxil olub ianələr etmək olar.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment