|
|
|
Fond birjası | | | “Express Lombard” ASC-nin səhmləri üzrə abunə yazılışına başlanılacaqdır |
31.05.2024 | |
| |
29 may 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Express Lombard” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində şərti-listinqə daxil edilmişdir.
Qeyd olunan səhmlər üzrə abunə yazılışı 03.06.2024 tarixindən başlayıb, 3 işi günü davam edəcəkdir.
Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
|
“Express Lombard” ASC
|
Dövlət qeydiyyat nömrəsi – İSİN
|
AZ1001025894
|
Səhmlərin növü və forması
|
Səhm adi, sənədsiz, adlı
|
Səhmlərin sayı
|
5,000 (ədəd)
|
İlkin ticarət qiyməti
|
200 manat
|
Buraxılış həcmi
|
1,000,000 manat
|
Ticarətə buraxılma tarixi
|
Emitent tərəfindən bildiriləcək
|
Ticarət üsulu/forması
|
Kütləvi/Abunə yazılışı
|
Anderrayter
|
“Capital Partners İ.Ş” QSC
|
Bildirmək istərdik ki, “Express Lombard” ASC-nin Bakı Fond Birjasında “Qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanılması, delistinqi və ticarətinin təşkili qaydaları” nın 4.2.4.-cü, 4.2.5.-ci və 4.2.6.-ci bəndinin tələblərinə uyğun olaraq, nizamnamə kapitalı ən azı 200 000 (iki yüz min) manat olmalıdır, maliyyə hesabatları MHBS-nın tələblərinə uyğun hazırlanmalıdır. Son maliyyə ili üzrə illik maliyyə hesabatları kənar (müstəqil) auditor tərəfindən auditdən keçməlidir və mütəmadi olaraq yenilənən və onun fəaliyyətinin mühüm istiqamətlərini işıqlandıran internet səhifəsinə malik olmalıdır.
|
|
|
|