1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Ölkə sərhədlərinin sanitariya mühafizəsində qurumlararası koordinasiyanın aspektləri” mövzusunda Dəyirmi masa keçirilib
27.05.2024

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Sanitar-Karantin Xidmətinin təşkilatçılığı ilə 24 may 2024-cü il tarixində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Potensialın Gücləndirilməsi üzrə Bakı şəhərində yerləşən Avropa Regional Ofisində “Ölkə sərhədlərinin sanitariya mühafizəsində qurumlararası koordinasiyanın aspektləri” mövzusunda Dəyirmi masa keçirilib. 

Açılış mərasimindəDövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov,  Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov,Səhiyyə nazirinin müavini Nadir Zeynalov, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əziz Şərifov və TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov çıxış edərək tədbirin əhəmiyyətindən bəhs ediblər. 

COVİD-19 pandemiyası dövründə dövlətimiz tərəfindən insanların sağlamlığının qorunması, virusun yayılmasının qarşısının alınması, ticarət-təchizat zəncirinin davamlılığının təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən, qazanılan müsbət təcrübədən bəhs olunub.

Gömrük-sərhəd keçid məntəqələrində sanitar-epidemioloji nəzarətin səmərəli təşkili, bu sahəyə cavabdeh olan dövlət qurumları ilə əməkdaşlığın gücləndirilməsi, malların və nəqliyyat vasitələrinin təhlükəsiz şəkildə hərəkətinin təmin olunması istiqamətində mühüm addımların atıldığı diqqətə çatdırılıb.

O da qeyd olunub ki, hazırda ölkə sərhədlərinin sanitariya mühafizəsinin təşkilində iştirak edən qurumların əməkdaşlığının genişləndirilməsi, nəzarətin gücləndirilməsi və bu sahədə aparılan işlərin təkmilləşdirilməsi diqqət mərkəzindədir.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasımın moderatorluğu ilə keçirilən tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Sanitar-Karantin Xidmətinin rəisi Surxay Məmmədov “Ölkə sərhədlərinin sanitariya mühafizəsində qurumlararası koordinasiyanın perspektivləri”, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Xəstəliklərə Nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova “Azərbaycan Respublikasında yoluxucu xəstəliklərlə mübarizədə Beynəlxalq Tibbi Sanitariya Qaydalarının (2005) tətbiqi”, TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva “Ölkə sərhədlərinin sanitar mühafizəsində TƏBİB-in rolu və koordinasiya məsələləri”, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin İdxal-ixrac şöbəsinin müdiri Əkbər Əliyev “Sərhəddə qida təhlükəsizliyinin təmin edilməsi sahəsində beynəlxalq təcrübə, ölkəmizdə bu sahədə aparılan işlər, əldə edilmiş nailiyyətlər və perspektivlər”, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndilinin əməkdaşı Cəvahir Süleymanova “Beynəlxalq Tibbi Sanitariya Qaydaları (2005) çərçivəsində ölkəyə giriş nöqtələrində Ümumdünya Səhiyyə Təşkilatı və ölkədaxili qurumların əməkdaşlığının koordinasiyası” mövzusunda məruzələr ediblər.  Daha sonra tədbir iştirakçıları mövzularla bağlı fikir mübadiləsi aparıblar.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment