|
|
|
Digər xəbərlər | | | İqtisadiyyat nazirinin birinci müavini Lerikdə vətəndaşları qəbul edəcək |
27.05.2024 | |
| |
29 may 2024-cü il tarixdə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Lənkəran şəhəri, Lerik və Astara rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul saat 11:00-dan etibarən Lerik şəhəri, Arzuman Əsədullayev küçəsi 22 ünvanında Lerik rayon Mədəniyyət Mərkəzinin inzibati binasında keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya "195-1" Çağrı Mərkəzinə zəng etməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.
|
|
|
|