|
|
|
Fond birjası | | | Bakı Fond Birjasında "EKOLİZİNQ" MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir |
27.05.2024 | |
| |
14 may 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "EKOLİZİNQ" MMC-nin buraxılış həcmi 250,000 (iki yüz əlli min) ABŞ dolları dəyərində olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
|
"EKOLİZİNQ" MMC
|
Dövlət qeydiyyat nömrəsi – İSİN
|
AZ2008019500
|
İstiqrazların növü və forması
|
Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar
|
Yerləşdirmə üsulu
|
Rəqabətli
|
Buraxılış həcmi
|
250,000 (iki yüz əlli min) ABŞ dolları
|
İstiqrazların sayı
|
250 (ədəd)
|
İlkin ticarət qiyməti
|
1,000 ABŞ dolları
|
İllik faiz dərəcəsi
|
10%
|
Ödəmə periodu
|
Hər ayda bir dəfə (hər ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə)
|
Tədavül müddəti
|
36 ay
|
Hərrac tarixi
|
29.05.2024
|
Anderrayter
|
“INVEST-AZ İnvestisiya Şirkəti” QSC
|
|
|
|
|