|
|
|
Digər xəbərlər | | | ABA-nın “Daxili audit işi üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib |
24.05.2024 | |
| |
21 may 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Daxili audit işi üzrə Ekspert Qrupu”nun növbəti iclası baş tutmuşdur.
İclasda Daxili auditorları ayı olaraq qeyd edilən May ayı ərzində icrası məqsədə uyğun hesab edilən məsələlər, Azərbaycan Respublikasının Mərkəzi Bankına daxil audit funksiyası tərəfindən təqdim edilən illik və yarım illik hesabatdan irəli gələrək suallar və xarici banklarla daxili audit istiqamətində təcrübə mübadiləsinin aparılması ilə bağlı görülən işlər haqqında görüş iştirakçıları arasında fikir mübadiləsi aparılmış və suallar cavablandırılmışdır.
Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.
|
|
|
|