|
|
|
Digər xəbərlər | | | Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib |
24.05.2024 | |
| |
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunda (SİF) Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə SİF tərəfindən sahibkarlara göstərilən maliyyə xidmətləri təqdim edilib. Həmçinin “yaşıl” iqtisadiyyata keçidin sürətləndirilməsi məqsədilə yeni maliyyə alətlərinin yaradılması istiqamətində fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, maliyyə institutlarının məhsul və xidmətlərinin müxtəlifliyi və sahibkarların maliyyə xidmətlərinə çıxışı ilə əlaqədar digər məsələlər müzakirə edilib.
|
|
|
|