1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Mərkəzi Bankın təşkilatçılığı ilə “Katastrofik risklərə qarşı dayanıqlı maliyyə sistemi” mövzusunda konfrans keçirilib
23.05.2024

Mərkəzi Bank və İcbari Sığorta Bürosunun təşkilatçılığı ilə “Katastrofik risklərə qarşı dayanıqlı maliyyə sistemi” mövzusunda konfrans keçirilib.

22-23 may tarixlərində “Fairmont Baku” hotelində təşkil olunan konfransın əsas məqsədi katastrofik risklərin maliyyə nəticələri, onların ölçülməsi və bu risklərin sığortalanma mexanizmlərinin inkişafı üzrə beynəlxalq təcrübələr ətrafında fikir mübadiləsinin aparılması olub.

Konfrans sığorta sektorunun peşəkarlarını, aidiyyəti akademik dairələrdən nümayəndələri, geologiya və inşaat sahəsinin mühəndislərini bir araya gətirərək tikililərin dayanıqlılığı və maliyyə sistemlərinin təbii fəlakətlərə qarşı dözümlülüyü səviyyəsinin artırılması ilə bağlı müzakirələr üçün effektiv bir platforma rolunu oynayıb.

Konfransda açılış nitqi ilə çıxış edən Mərkəzi Bankın sədrinin birinci müavini Rəşad Orucov son illərdə Azərbaycan maliyyə bazarlarının davamlı islahatlar və inkişafla xarakterizə olunduğunu vurğulayıb. “Bununla belə, ölkəmizdə sığorta bazarının hələ ki, tam reallaşmamış potensialı böyükdür. Ona görə də başlıca strateji vəzifələrdən biri sığorta bazarının miqyasının və penetrasiyasının genişləndirilməsidir”, - deyə Rəşad Orucov bildirib.

Tədbirdə Mərkəzi Bankın nümayəndələri tərəfindən sığorta sektorunun dayanıqlı inkişafının təmin olunması və sektora inamın gücləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslər diqqətə çatdırılıb.

Qeyd edək ki, konfrans çərçivəsində sığorta sektoru üçün zəlzələ və digər təbii fəlakətlər üzrə təkrarsığorta modelləşdirilməsi və tətbiqi məsələləri ilə bağlı təqdimatlar da keçirilib.

 


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment