1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


KOBİA-nın sahibkarlarla növbəti görüşü Goranboy rayonunda keçirilib
23.05.2024

130-a yaxın sahibkarın iştirak etdiyi görüşdə KOBİA əməkdaşları sahibkarların təkliflərini dinləyib, suallarını cavablandırıblar. 

Sahibkarların dövlət dəstəyi mexanizmləri, biznes sahəsində yeniliklər barədə məlumatlandırılması, inkişaf ehtiyaclarının və təkliflərinin dinlənilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) əməkdaşları bu dəfə Goranboy rayonunda olublar. 

Biznes subyektlərinə sahibkar maraqlarının müdafiəsi, bazarlara və maliyyə resurslarına çıxış, məsləhət, təlim, hüquqi yardım kimi istiqamətlərdə dəstək və xidmət göstərən Agentlik əməkdaşları Goranboy rayonunda müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar ilə görüşüblər. Görüşdə sahibkarlığın qurulmasına və inkişafına göstərilən dövlət dəstəyi tədbirləri, o cümlədən KOBİA-nın xidmətləri barədə ətraflı məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb. Tədbirdə sahibkarlar tərəfindən səsləndirilən təkliflərin aidiyyəti üzrə müvafiq qurumlara çatdırılacağı qeyd edilib. 130-a yaxın sahibkarın iştirak etdiyi tədbirdə Goranboy Rayon İcra Hakimiyyətinin, rayonda sahibkarlara dəstək və xidmət göstərən qurumların nümayəndələri də iştirak ediblər. 

Görüş çərçivəsində həmçinin, KOBİA-nın Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə sayca 5-ci KOB dostu ofisininGoranboyda fəaliyyətə başlaması barədə məlumat verilib. Goranboy Mədəniyyət Mərkəzində fəaliyyət göstərən KOB dostu ofisi ilə tanışlıq zamanı qeyd edilib ki, bu ölkə üzrə sayca 51-ci KOB dostu ofisidir. Regionda Goranboyla yanaşı, Gəncə, Daşkəsən, Göygöl və Samuxda da KOB dostu ofisləri fəaliyyət göstərir. KOB dostları Agentliyin yerlərdə fəaliyyətinin səmərəli təşkilində, sahibkarların  ehtiyaclarının yerində müəyyənləşdirilməsində və müvafiq tədbirlərin görülməsində əhəmiyyətli rol oynayır. KOB dostu Goranboyda və ətraf rayonlarda biznesə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək istəyən biznes subyektlərinə mövcud dövlət dəstəyi mexanizmləri, o cümlədən Agentliyin xidmətləri çərçivəsində zəruri dəstəyi təmin edəcək. Yeni biznes subyektlərinin yaranması, sahibkarların qanuni maraqlarının müdafiəsi və onların investisiya təşəbbüslərinin reallaşdırılması KOB dostunun başlıca fəaliyyət istiqamətlərindən olacaqdır. Sahibkarlarla fərdi və qrup halında görüşlərin keçirilməsi, onların müraciətlərinin dinlənilməsi, dövlət qurumlarının iştirakı ilə tədbirlərin təşkili məqsədilə KOB dostu ofisində lazımi şərait yaradılıb. Tədbirdə iştirak edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev sahibkarları və biznesə başlamaq istəyən vətəndaşları KOB dostu ilə fəal əməkdaşlığa dəvət ediblər.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment