1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Yaşıl innovasiyalar”a dair sahibkarların iştirakı ilə onlayn görüş keçirilib
23.05.2024

“Yaşıl innovasiyalar”a dair sahibkarların iştirakı ilə onlayn görüş keçirilib 

Tədbirdə “yaşıl innovasiyalar”ın inkişafında mövcud vəziyyət və imkanlar, “yaşıl innovasiyalar”ın ölkə iqtisadiyyatına, biznesə və ətraf mühitə təsirinə dair müzakirələr aparılıb. 

Məlum olduğu kimi 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanda keçiriləcək. Bu, “yaşıl iqtisadiyyat” və “yaşıl innovasiyalar” konsepsiyasına diqqəti daha da artırıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən KOB-ların “yaşıl iqtisadiyyat”, “yaşıl enerji” və “yaşıl innovasiyalar”ın əhəmiyyəti barədə məlumatlılığının artırılması, fəaliyyətlərində ətraf mühitlə bağlı məsələlərin diqqətdə saxlanılması üçün mütəmadi olaraq sahibkarlar üçün məlumatlandırıcı görüşlər və təlimlər keçirilməkdədir.  

KOBİA-nın təşkilatçılığı ilə növbəti belə tədbir “Yaşıl innovasiyaların inkişafında mövcud imkanlar, çətinliklər və perspektivlər” mövzusuna həsr olunub. Onlayn görüşdə 80-ə yaxın KOB subyekti, Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat nazirliklərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, İqtisadi Zonaların İnkişafı Agentliyinin, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Sahibkarlığın İnkişafı Fondunun, “Təmiz şəhər” ASC-nin və Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları Assosiasiyasının nümayəndələri iştirak ediblər.

Görüş çərçivəsində dövlət qurumları tərəfindən “yaşıl iqtisadiyyat”, bu sahədə həyata keçirilən layihələr və yeniliklər barədə təqdimatlar keçirilib, “yaşıl innovasiyalar”ın inkişafında mövcud vəziyyət və imkanlar, “yaşıl innovasiyalar”ın ölkə iqtisadiyyatına, biznesə və ətraf mühitə təsiri, ekoloji təmiz məhsul istehsalı, sahibkar-universitet əməkdaşlığı kimi mövzularda fikir mübadiləsi aparılıb. Həmçinin görüş çərçivəsində sahibkarların “yaşıl innovasiyalar”ın tətbiqi sahəsində çətinlikləri və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

KOB subyektlərinin “yaşıl iqtisadiyyat” və “yaşıl innovasiyalar” konsepsiyası barədə məlumatlılığının artırılması və biznesdə tətbiqinin təşviqi məqsədilə belə tədbirlər davam etdiriləcəkdir.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment