10 may 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “GL” ASC-nin ümumi dəyəri 100,000 (yüz min) manat həcmində olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
23 may 2024-cü il tarixində Bakı Fond Birjasında “GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir
Yerləşdirmə üzrə anderrayter “INVEST-AZ İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN
|
AZ2023020285
|
İstiqrazların növü və forması
|
Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar
|
İstiqrazların sayı
|
100 (ədəd)
|
Nominal Dəyəri
|
1,000 manat
|
İllik faiz dərəcəsi
|
12%
|
Ödəmə periodu
|
Hər ayda bir dəfə(hər bir ayın 30(otuz)gün olduğunu qəbul etmək şərti ilə)
|
Hərrac tarixi
|
23.05.2024
|
Tədavül müddəti
|
5 il
|
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.